Prezident Zuğulbada tədris idman bazasının açılışında iştirak edib - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Soyuq havada spirtli içkilərin qəbulu ziyandır - SƏBƏB  |     23:54 Pandemiya ən çox bu sahəyə ziyan vurub  |     23:49 Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyuldu  |     23:43 Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi  |     23:37 29 il sonra Laçında: Valideynlərimə Laçın suyu aparacağam (VİDEO)  |     23:24 COVID-19 antitellərinin hamiləlikdə körpəyə keçdiyi sübut edildi - ARAŞDIRMA  |     23:17 Avropa Liqası: İlk 1/8 finalçı məlum oldu  |     22:56 ABŞ erməni terrorunu əks etdirən sərgi təşkil olunub  |     22:49 Qarlı havada yıxılmamaq üçün diqqətli olun - MƏSLƏHƏTLƏR  |     22:40 Soyuq havanın dərimizə təsiri - Qar üzü gözəlləşdirir  |     22:33 Pensiyaçılara MÜHÜM XƏBƏR: 1 iyuldan... - RƏSMİ  |     22:26 Nizami rayonunda sərnişin avtobusu piyadanı vurdu  |     22:18 Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi  |     22:10 “Telegram”da yeni funksiya istifadəyə verilib  |     22:04 FHN vətəndaşlara müraciət etdi - VİDEO  |     21:55 Güclü qarın şimal-qərb bölgəsində fəsadları – VİDEO  |     21:37 "Neftçi" və "Zirə" öz aralarındakı oyuna itkilərlə çıxacaq  |     21:29 Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb  |     21:21 Aİ-nin terrorçu kimi tanıdığı "Sasna tsrer"in üzvlərinə hökm oxunub  |     21:08 Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA  |    

Prezident Zuğulbada tədris idman bazasının açılışında iştirak edib - YENİLƏNİB
Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsib.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verib.

Bildirilib ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini futbol və basketbol meydançalarından ibarətdir.

Dövlət başçısı müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış olub.

Yeni istifadəyə verilən bu bazada əsasən yığma komandaların təlim məşq toplanışlarının, idmanın müxtəlif növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, aktual mövzularda seminarların təşkil edilməsi, idmanda fərqlənən məktəblilər üçün yay düşərgələrinin yaradılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur.
Zuğulba tədris idman bazasında yaradılan şəraitlə tanış olan dövləti başçısı kollektivə uğurlar arzulayıb.

* * * * *

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 180 08.09.17 12:48