YAP rəsmisi “Guardian”da dərc olunan yazıdan danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni nə qədər qısaldacaq? - VİDEO  |     13:36 Rusiyanın daha 11 şəhərindən Bakıya uçuşlar bərpa edilir - SİYAHI  |     13:35 DİN: Azərbaycan polisi işğaldan azad edilmiş ərazilərdə xidmətini davam etdirir - VİDEO  |     13:33 Təhsil işçilərinin vaksinasiyası başladı  |     13:31 Füzulidə beynəlxalq aeroportun tikintisi sürətləndirilib - VİDEO  |     13:28 Dünya bazarında neft bahalaşıb  |     13:28 “AG Bank”dan pul mənimsəməkdə ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır  |     13:23 İlon Maskın kosmik raketi yenə partladı  |     13:20 Direktor müəllimin maaşını kəsib? - RƏSMİ AÇIQLAMA  |     13:18 Gəncədə qadın əri tərəfindən bıçaqlandı  |     12:55 Koronavirusla bağlı SON STATİSTİKA  |     12:50 “WhatsApp” ünsiyyəti daha təhlükəsiz etmək üçün yeni funksiyanı işə salır  |     12:44 Onlayn tədris proqramında yeni funksiya işə salınıb  |     12:44 Su qülləsi onu təmir etməyə gələn fəhlələrin üstünə aşdı - VİDEO  |     12:42 İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu  |     12:22 Altı gündə qırx bir evə girib-çıxdı, iki yüz nəfəri koronavirusa yoluxdurdu  |     12:21 Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu  |     12:13 Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ  |     11:56 Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi  |     11:49 Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK  |    

YAP rəsmisi “Guardian”da dərc olunan yazıdan danışdı
“Bəzən mətbuatda Azərbaycanla bağlı absurd iddialar əksini tapır. Məsələ araşdırıldıqda isə bunu təsdiqləyən mənbə ortaya qoyulmur. Hesab edirəm ki, növbəti analoji məqalə Azərbaycana qarşı aparılan xaricdəki müəyyən dairələrin kampaniyasının tərkib hissəsidir”.

Median.Az
xəbər verir ki, bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bəzi KİV-lərdə dərc olunmuş “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı ilə bağlı fikirlərini bildirərkən deyib.

Deputat bildirib ki, bu yazılarda mənbə göstərilmir, iddia tirajlanır və Azərbaycan haqqında mənfi rəy yaradılmağa çalışılır: “Şübhəm yoxdur ki, bunun arxasında Azərbaycanla bağlı istəkləri həyata keçməyən müəyyən dairələr, o cümlədən erməni diaspor təşkilatları dura bilər.

Azərbaycan həm daxili, həm də xarici siyasətində kifayət qədər şəffaf fəaliyyət göstərir. Azərbaycanda manatın sabitliyinin qorunması ilə xaricdən böyük investiyalar cəlb edilir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanır. Azərbaycan regional-iqtisadi layihələrin təşəbbüskarıdır, bir çox dövlətlər bu layihələrdə iştirak edirlər. Azərbaycan mədəniyyəti, həqiqətləri dünya birliyində tanınır, qəbul edilir.

Ölkə idmanı son dövrlərdə böyük uğurlar əldə edib. Azərbaycan hökuməti heç vaxt qeyri-qanuni addım atmaz. Buna ehtiyac da yoxdur. Sadəcə olaraq, Azərbaycanla bağlı hay-küy yaratmaq, ölkənin adını hansısa məsələdə hallandırmaq bəzi xarici dairələrin marağındadır. Bu, vaxtaşırı olub, növbəti dəfə də anti-Azərbaycan informasiyanın ortaya atılmasından təəccüblənmirik. Bu iddianı təsdiq edən fakt yoxdur, mümkün də deyil”.

A.Mirzəzadə qeyd edib ki, dövlət orqanları ehtiyac yaranarsa, bu məsələni hüquqi müstəviyə çıxara bilərlər.

Qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı əsasında “BBC News” saytında “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı verilib və “Guardian” qəzetində bu məsələ ilə bağlı məqalələr dərc olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 138 05.09.17 15:50