Dövlət başçısı Bakının bəzi qəsəbə və kəndlərinə pul ayırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Gədəbəydə ağır yol qəzası olub, altı nəfər xəsarət alıb  |     22:16 Как отмечаете, девчонки?  |     21:37 ÜST pandemiyanın bitəcəyi tarixi elan etdi  |     21:20 DİN-dən feministlərin aksiyası ilə bağlı daha bir açıqlama - YENİLƏNİB  |     20:47 İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib  |     20:19 Ərdoğanla Conson arasında telefon danışığı olub  |     20:05 Axtarışda olan 11 nəfər saxlanıldı  |     19:52 Göygöldə qar səbəbindən nəqliyyatın işi çətinləşib  |     19:40 Qubada avtomobildə daşınan almalar yola dağıldı  |     19:31 AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir  |     19:18 Murad Arif koronavirusa yoluxdu  |     18:38 Kibercinayətkarlar Çexiya banklarından 54 milyon avro oğurladı  |     18:11 Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum oldu - FOTO  |     18:01 Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib  |     17:52 “Caliber”: “Paşinyan fəal müdafiəyə keçir” - VİDEO  |     17:42 Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxdu  |     16:35 Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib  |     16:32 Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb  |     16:12 İstanbulda qadağa götürüldü, böyük tıxaclar yarandı  |     16:07 Yol polisi qadın sürücüləri belə təbrik etdi  |    

Dövlət başçısı Bakının bəzi qəsəbə və kəndlərinə pul ayırıb
Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olunması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədlərindəndir. Bu məqsədə nail olmaq üçün ölkədə vətəndaşların gündəlik rahat həyatını təmin edə bilən infrastrukturun yaradılması, o cümlədən əhaliyə keyfiyyətli kommunal xidmətlər göstərilməsi kimi başlıca fəaliyyət istiqamətlərində genişmiqyaslı işlər görülür.

Həmin tədbirlərin davamı olaraq, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində diametrləri 110-530 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Abşeron rayonunun Pirəkəşkül kəndində diametri 225 mm, uzunluğu 4,3 km olan magistral su kəmərinin, diametrləri 110-160 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Qobustan kəndində diametri 225 mm, uzunluğu 2,8 km olan magistral su kəmərinin və diametrləri 110-160 mm, uzunluğu 7,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb.

Sərəncamla Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, habelə Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,54 milyon (üç milyon beş yüz qırx min) manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 149 31.08.17 17:42