Prezident 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Koronavirusla bağlı SON STATİSTİKA  |     12:50 “WhatsApp” ünsiyyəti daha təhlükəsiz etmək üçün yeni funksiyanı işə salır  |     12:44 Onlayn tədris proqramında yeni funksiya işə salınıb  |     12:44 Su qülləsi onu təmir etməyə gələn fəhlələrin üstünə aşdı - VİDEO  |     12:42 İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu  |     12:22 Altı gündə qırx bir evə girib-çıxdı, iki yüz nəfəri koronavirusa yoluxdurdu  |     12:21 Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu  |     12:13 Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ  |     11:56 Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi  |     11:49 Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK  |     11:40 Ağdamda minaya düşən vəzifəli şəxs Bakıya gətirilir - YENİLƏNİB  |     23:55 Avstraliya aviaşirkəti ünvansız uçuşlar həyata keçirəcək  |     23:41 Hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkəcək  |     23:30 Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb  |     23:17 Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək  |     23:06 Paşinyanı snayperlər qoruyur - VİDEO  |     22:46 Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək  |     22:18 İrana səfər qaydaları AÇIQLANDI  |     22:05 Lənkəranda oğul atasını bıçaqlayıb  |     21:49 Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub  |    

Prezident 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin yeni korpusunda yaradılan şəraitlə tanış olub.

, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb.

Yeni korpus Prezident İlham Əliyevin 2014-ci ildə imzaladığı sərəncamla təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olacaq. Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

* * * * *

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 208 23.08.17 11:58