Azərbaycan alimlərindən talassemiya xəstəliyi ilə bağlı yenilik » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Azərbaycan alimlərindən talassemiya xəstəliyi ilə bağlı yenilik
Talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürüləcək.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu yeniliyə Azərbaycan Tibb Universitetinin (ATU) Histologiya və Stomatologiya kafedralarının mütəxəssisləri nail olublar. Mütəxəssislər talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsinin diş ətindən götürülmüş biopsiya ilə tədqiqinin mümkünlüyünü müəyyən ediblər.

ATU-nun Histologiya kafedrasının müdiri, professor E.Qasımov bunun irsi xəstəlik olduğunu və oksigeni bədənin bütün hissələrinə çatdıran hemoqlobin zülalının sintezinin pozulması nəticəsində baş verdiyini bildirib. Belə xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürülür. Nəticədə onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə oluna bilər.

Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunur. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir. ATU-nun mütəxəssisləri artıq bunu daha problemsiz üsulla müəyənləşdirməyə nail olublar.

Alimin sözlərinə görə, bədəndə olan dəmirin artığı normada ferritin adlanan zülalın tərkibinə daxil edildiyindən, onun toksiki təsiri aradan qaldırılır:
“Orqanizmdə dəmir azlığı olanda isə ferritinin tərkibində olan dəmir ionları xaric edilərək istifadə olunur. Ancaq dəmirin miqdarı lap çox olanda ferritin molekulları öz quruluşlarını itirərək bir-biriləri ilə birləşib hemosiderinə çevrilir. Tam olaraq dəqiqləşdirilib ki, ferritin molekullarını ancaq elektron mikroskopun 100 000 və ondan böyük böyüdücülərində aşkar etmək mümkündür. Əldə olunmuş materiallar birmənalı olaraq orqanizmin dəmirlə yüklənmə dərəcəsinin ancaq elektron mikroskopik tədqiqatların nəticələrinə əsasən dəqiqləşdirilə biləcəyini göstərir”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 737 21.08.17 17:06