Azərbaycanda mədəniyyət sahəsinin inkişafına 7 milyon manat ayrılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
00:00 Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib  |     23:50 Azərbaycan diasporu Niderland Krallığının parlamenti və senatına müraciət edib  |     23:42 Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya  |     23:34 Xəbər indilərdə açıqlandı: Bu yollar bağlanır  |     23:17 Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb  |     22:59 Hacıqabulda avtomobil aşıb, xəsarət alan var  |     22:48 Hərbçilərin maaşlarına əlavələr ediləcək  |     22:23 Rusiya müdafiə nazirliyi Paşinyanın "İsgəndər" haqda dediyini şərh etdi – VİDEO  |     22:00 Abşeronda avtomobil 41 yaşlı qadını vurdu  |     21:38 Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü  |     21:27 ATƏT PA-nın iclasında Xocalı canilərinin cəzalandırılması tələb edildi  |     21:19 Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə - 3-cü Qarabağ müharibəsi başlayır?  |     20:55 Putinlə Paşinyan arasında telefon danışığı olub  |     20:47 AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır  |     20:30 İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”  |     20:26 Türkiyəyə məxsus tarixi əsərlər Macarıstandan qaytarılacaq  |     18:56 Xocalının uşaq qurbanlarının manikenləri İsveçrənin əsas meydanlarında  |     18:50 Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA  |     18:21 Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə  |     18:13 Oksigenlə zəngin hava şəraiti gözlənilir  |    

Azərbaycanda mədəniyyət sahəsinin inkişafına 7 milyon manat ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam mədəniyyət sahəsinə dövlət qayğısının gücləndirilməsi, mədəniyyət obyektlərinin tikintisi və təmiri işlərinin davam etdirilməsi, habelə bərpa-tamamlama işlərinin sürətləndirilməsi məqsədi ilə imzalanıb.

Sərəncamda bildirilir ki, Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir.

Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Bu sahəyə dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib, ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri Qobustan Milli Tarixi-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon manat, o cümlədən Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,272 milyon manat, Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,932 milyon manat, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,208 manat, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi Məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün 1,370 milyon manat və Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün 1,205 milyon manat vəsait ayrılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 600 14.08.17 18:04