İlham Əliyev tarix yazan azərbaycanlı idmançını təbrik etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Koronavirusla bağlı SON STATİSTİKA  |     12:50 “WhatsApp” ünsiyyəti daha təhlükəsiz etmək üçün yeni funksiyanı işə salır  |     12:44 Onlayn tədris proqramında yeni funksiya işə salınıb  |     12:44 Su qülləsi onu təmir etməyə gələn fəhlələrin üstünə aşdı - VİDEO  |     12:42 İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu  |     12:22 Altı gündə qırx bir evə girib-çıxdı, iki yüz nəfəri koronavirusa yoluxdurdu  |     12:21 Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu  |     12:13 Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ  |     11:56 Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi  |     11:49 Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK  |     11:40 Ağdamda minaya düşən vəzifəli şəxs Bakıya gətirilir - YENİLƏNİB  |     23:55 Avstraliya aviaşirkəti ünvansız uçuşlar həyata keçirəcək  |     23:41 Hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkəcək  |     23:30 Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb  |     23:17 Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək  |     23:06 Paşinyanı snayperlər qoruyur - VİDEO  |     22:46 Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək  |     22:18 İrana səfər qaydaları AÇIQLANDI  |     22:05 Lənkəranda oğul atasını bıçaqlayıb  |     21:49 Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub  |    

İlham Əliyev tarix yazan azərbaycanlı idmançını təbrik etdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Əziz Ramil.

İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.

Sənə idmanda yeni qələbələr arzulayıram”.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 054 11.08.17 15:46