Prezident deputatların etik davranışı ilə bağlı sərəncam verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı  |     22:24 Lənkəranda ev yanıb  |     22:14 Əsəb xəstəsi olan qadın oğlunu öldürdü  |     21:57 Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb  |     21:41 “Əgər yoluxma artarsa, SMS icazə bərpa edilməlidir” - AÇIQLAMA  |     21:19 Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək  |     21:04 “Alpin” əmtəə nişanlı 23,760 kiloqram sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edilib  |     20:47 Rusiyada kişi kürəkəninin qətlini sifariş verdi  |     19:13 39 yaşlı İbrahimoviç İsveç millisinə qayıdır  |     18:40 Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər  |     18:23 Ötən il edilən oğurluqların üstü açıldı  |     18:00 Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər  |     17:57 Azərbaycanda bu avtomobillər bahalaşacaq  |     17:56 “Oba” marketdə nöqsanlar aşkarlandı  |     17:54 DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq  |     17:53 Karxanada başına daş düşən fəhlə öldü  |     17:38 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı  |     17:36 Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu - FOTO  |     17:32 Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO  |     17:08 İtkin düşən iki yaşlı uşaq xilas edildi - FOTO  |    

Prezident deputatların etik davranışı ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tarşırılıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 930 08.08.17 11:53