Ağcaqanad dişlədiyi yerə limon sürtsəniz… – TƏBİİ ÜSULLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ağcaqanad dişlədiyi yerə limon sürtsəniz… – TƏBİİ ÜSULLAR
Ağcaqanad çoxala bilmək üçün başqa canlıların qanına ehtiyac duyur. Xüsusilə arx kənarlarında və kiçik su gölməçələrinin olduğu yerlərdə yaşayan bu canlılar insanları dişlədikləri zaman müxtəlif infeksiya riski yarada bilir. Bəs ağcaqanad dişləməsi necə keçər, bu zaman dəridə ləkə qalırmı və ən əsası onun zərəri varmı deyirsinizsə, Ailem.az bu yazıda bütün suallarınıza cavab verəcək.

Ağcaqanadlar qanadlı və uça bilən həşəratlar olduqları üçün insanları dişlədikdə infeksiya yaya bilmələri olduqca asandır. Bu səbəblə ağcaqanad dişləməsinə qarşı diqqətli olmaq lazımdır. Bəzi şəxsləri ağcaqanad dişləyəndə keçmək bilməyən izlər buraxır. Belə olduqda nə etmək lazımdır? Ailem.az bunun üçün bəzi məsləhətlər verir.

Ağcaqanad dişləməsi necə keçib gedər?

Adətən ağcaqanad dişləməsinin olduğu yerə parfüm, dezodarant, adekalon və krem sürtürlər. Bu isə ləkənin yaranmasının başlıca səbəbidir. Buna görə həmin maddələrin dişlənmiş yerə vurulmaması məsləhətdir.
Xalq arasında adekolonun mikrob öldürücü təsiri olduğu bilinir. Ancaq mütəxəssislər hesab edir ki, bu, tamamilə səhv fikirdir. Hansısa böcək və ya ağcaqanad dişləməsində həmin yerə odekolon sürtmək infeksiya riskini daha da artırır.
Bunun əvəzinə həmin bölgəyə oksigenli su sürtmək məsləhətdir.

Ağcaqanad dişlədiyi yerin sağalması üçün təbii vasitələrdən də istifadə edə bilərsiniz.

Duzlu su

Əvvəlcə dişlənmiş yeri ağ sabunla yaxşıca yuyun və qurulayın. Daha sonra bir parça buzla şişlik olan hissəni basın. Buz əridikdən sonra həmin yeri qurulayın və duzla qarışdırılmış suyu pambığa batırıb sürtün. Bir çay qaşığı suyu eyni miqdarda duz ilə qarışdırın. Bir az gözlədikdən sonra yuya bilərsiniz.

Limon

Dişlənmiş yerə bir neçə damcı limon sıxmaq qaşıntı və izi yox edir.

Aspirin

Dişlənən bölgədə şişi götürmək üçün istifadə edəcəyiniz digər bir yol isə aspirini bir çay qaşığı suda əridərək yaranın üzərinə qoymaqdır. Aspirin şişmənin qarşısını alacaq və qaşınmanın azalmasına səbəb olacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 279 22.07.17 15:29