Bakıda universitet binasında yanğın – YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda

Bakıda universitet binasında yanğın – YENİLƏNİB + FOTO
Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Median.Az
-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir.

Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

* * * * *

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, yanğın universitetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

В Баку горит здание университета – ОБНОВЛЕНО + ФОТО

скачать dle 11.3

Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

          3 253 22.07.17 13:47