Azərbaycan alimləri dərman hazırladı: Xərçəngə son qoyulacaq – VİDEO » Median.Az News Agency


Azərbaycan alimləri dərman hazırladı: Xərçəngə son qoyulacaq – VİDEO
Azərbaycan elm adamları bədxassəli şişin inkişafını dayandıran dərman maddələri kəşf edib.

Median.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanının aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara başlayıb.

Azərbaycanda əldə olunan 50 dərman maddəsi sınaqdan keçirilməsi üçün İtaliyaya göndərilib. Satışda olan dərmanlar xəstəliyin inkişafını zəiflətdiyi halda, yeni kəşfin xərçəng hüceyrələrinə son qoyacağı məlum olub.

İtaliyadan, Aşqarlar Kimyası İnstitutuna maddələrin klinik şəraitdə sınaqdan keçirilməsi üçün təklif gəlib. Yəni, kimyəvi maddələrdən ibarət olan məhlulların digər orqanlara təsiri yoxlanılacaq. Müsbət nəticə əldə olunsa, məhlullardan hazırlanan dərmanlar gələcəkdə satışa buraxılacaq. Dərman maddələri “Alzheimer” kimi xəstəliklərin müalicəsi üçün də effektivdir.

Maraqlıdır ki, neft məhsulları, o cümlədən sənaye yağlarının oksidləşməsinin qarşısının alınması üzərində araşdırma aparan mütəxəssislər, məhz bu nailiyyətə imza atıb.

Əfsun Sucayevin sözlərinə görə, kimya sahəsində əldə olunan radikal mexanizmlər, insan orqanizmində gedən hüceyrə dəyişikliyində də fizioloji rol oynaya bilər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 419 07.07.17 11:53