Bakının mərkəzinə giriş bağlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Bakının mərkəzinə giriş bağlandı
"Formula 1" Azərbaycan "Qran-prisi"nə hazırlıqla əlaqədar paytaxtın Dənizkənarı Bulvar boyu Azneft dairəsindən Neftçilər prospekti ilə Azadlıq meydanı istiqamətində sıxlıq yaşanır.

Median.Az-in məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, bu süni sıxlığın yaşanmaması və hərəkət istiqamətində ləngiməmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cənub tərəfdən paytaxtın mərkəzinə hərəkət etmək istəyən sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayonundan istənilən istiqamətə hərəkət etməyi tövsiyə edir.

Eyni zamanda sürücülərə 20-ci sahə dairəsindən dağüstü avtomobil yolu ilə Badamdar qəsəbəsi daxili yolu ilə istənilən istiqamət üzrə, eləcə də Bakı Su İdman Kompleksinin yanından Bayıl qəsəbəsi və digər istiqamətlər üzrə, Bayraq meydanından və "Dalğa Plaza” kimi tanınan inzibati binanın yanından Mikayıl Hüseynov küçəsi ilə Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn küçələri və Parlament prospekti istiqamətində hərəkət etmək üçün şərait yaradılıb.

V. Əsədov qeyd edib ki, "Formula 1" yarışları ilə bağlı sürətlə hazırlıq işləri aparılır: "Artıq son tamamlama işləri gedir. Hazırda Neftçilər prospekti üzrə qoyulmuş maneələr və rənglənmə işləri ilə əlaqədar yol daralır. Bu da nəqliyyatın həmin istiqamətdə sıxlığının yaşanmasına səbəb olur. Yarışla bağlı yollar hələ tam bağlanmayıb, amma hazırda bu yollarda keçidlərdə problemlər yaşanır. Ona görə də sürücülərdən xahiş edirik ki, tövsiyəmizi nəzərə alsınlar”.

V. Əsədov bildirib ki, "Formula 1" yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməlidir: "Çünki bu yollar üzrə son tamamlama işlərinə başlanır. Yaxşı olar ki, bu ərazilərdə süni sıxlıq yaşanmaması üçün bu tövsiyəni nəzərə alsınlar”.

Qeyd edək ki, "Formula 1" yarışları ilə əlaqədar Bakıda Xəqani və Üzeyir Hacıbəyov küçələrinin Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi 19 iyun gecə saat 00:00-dan nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Yarışlar 23-25 iyun tarixlərində keçiriləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 461 17.06.17 14:55