DİQQƏT! Telefon mağazaları yeni fırıldaqlığa əl atıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

DİQQƏT! Telefon mağazaları yeni fırıldaqlığa əl atıb - VİDEO
Bakıda telefon mağazaları yeni fırıldaqlığa əl atıb.

Median.Az məlumat verir ki, mağazalar kredit problemi olan telefonları başqalarına satırlar. Bunun üstü 3-4 ay sonra açılır. Telefonun İMEİ kodu bağlanır və şəbəkəyə qoşulmur. Belə bir hadisə Oğuz sakini Rəşad Nəbiyevin başına gəlib.

Rəşad Nəbiyev Bakıda metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən bir mağazadan 170 manata telefon alıb. Bir neçə dəqiqə sonra telefonun işləmədiyini aşkarlayıb.

O, telefonu qaytarıb və ona eyni telefonun yenisini təklif ediblər. Rəşad da buna razılaşıb və telefonu götürərək Oguz rayonuna qayıdıb. Lakin bir neçə ay sonra aldığı yeni telefonda da problem yaranıb. O, indi nə telefonu qaytara nə də pulunu ala bilir. Mağazadan onu müxtəlif bəhanələrlə yola salırlar.

Məlum olub ki, telefon satanlar müştərini aldadıb. Onlar kreditdə olan telefonu zəmanət kağızı ilə birlikdə Rəşada satıblar. Kredit ödənmədiyindən telefonun şəbəkəyə qoşulması da əngəllənib.

Mağazanın fırıldaqlığı isə zəmanət kağızına yazdığı iki İMEİ kodu ilə üzə çıxıb. Rəşad Nəbiyev isə çarəsiz qalıb. /xezerxeber.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 971 17.06.17 14:49