İşçilər “Azərişıq”dan qovulduğunu bildirir - VİDEO + FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:00 Azərbaycanda istehlak bazarı cüzi kiçilib  |     18:57 DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır  |     18:55 Vyetnamda 6 nəfər yanğında ölüb  |     18:51 Ekvadorda məhbuslar arasında toqquşmalar olub, ölənlər və xəsarət alanlar var  |     18:44 “Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq  |     18:43 ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var  |     17:44 Azərbaycanda bir gündə koronavirusdan üç nəfər öldü - FOTO  |     17:05 Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir  |     16:34 Aclıq və şəraitsizlikdən bezən hərbi qulluqçular Ermənistan ordusundan kütləvi şəkildə qaçır  |     16:12 Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək  |     14:46 Azərbaycanda dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsinin vaxtı məlum olub  |     14:33 Putin və Bayden Qarabağdakı vəziyyəti müzakirə edəcək  |     13:32 Elmir Vəlizadə vəzifəsindən azad edildi  |     13:13 DİN-dən ötən gün Bakıda baş verən insidentlə bağlı AÇIQLAMA - VİDEO  |     12:42 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:31 Sərnişinlərin NƏZƏRİNƏ: Yeddi marşrut xəttinin istiqaməti dəyişdirilir - RƏSMİ  |     12:20 Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi  |     12:17 AVRO-2020: Bu gün daha iki qarşılaşma baş tutacaq - AFİŞA  |     12:14 Ekvadorda məhkumlar arasında qarşıdurma: Ölən və yaralılar var  |     12:13 “Bitcoin” 10 faizdən çox bahalaşdı  |    

İşçilər “Azərişıq”dan qovulduğunu bildirir - VİDEO + FOTOLAR

Vətəndaş Cavadov Samir Əlipaşa oğlu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şimal-Qərb RETSİ-nin Şamaxı Elektrik Şəbəkəsinin yeni rəisindən şikayətçidir.

“Bizim Yol”a müraciət edən şikayətçi iddia edib ki, yeni rəis Ceyhun Yahyayev işçilərinə işdən çıxması ilə bağlı məcburi ərizə yazdırıb.
“Deməli, rəis 30 may 2017-ci il tarixində, saat 22.00-da idarədə iclas keçirdi. C.Yahyayev iclasda iştirak edən 20 nəfər işçini təhqir edərək və təzyiq göstərərək onlardan “öz xahişi ilə” işdən çıxmağımızla bağlı ərizə yazmağımızı tələb etdi. 20 nəfər işçi “Azərişıq” ASC-nin sədri Balababa Rzayevin adına eyni formada ərizə yazdı. Ərizə yazanlardan biri də mən oldum və mən 05 iyun 2017-ci il tarixində mən B.Rzayevin əmri ilə işdən azad edildim”,-deyə Samir Cavadov bildirib.

Həmin əmrdə yazılıb ki, Şamaxı Elektrik Şəbəkəsinin (EŞ) Balans şöbəsinin nəzarətçi mühəndisi S.Cavadovun əmək müqaviləsinə öz xahişi ilə 05.06.2017-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilsin.
S.Cavadov deyir ki, işdən çıxması ilə bağlı məcburi ərizə yazıdırılan 20 nəfərdən 2 nəfəri işdən artıq çıxarılıb. Onlardan biri də nəzarətçi mühəndis Ağayev Məhəmməd Məzahir oğludur.

“Biz, nəzarətçi mühəndislər 1100 nəfər abonentə qulluq göstərmişik. Fəaliyyətimizdə nöksan olmayıb. Biz əsaslandırılmadan məcburi işdən azad edilmişik. Ərizə yazmasaydıq, bizi nədəsə günahlandıracaqdırlar. Ona görə də məcburiyyət qarşısında qalıb ərizə yazdıq”,-deyə Samir Cavadov bildirib.

Onun sözlərinə görə, yeni rəis 05.05.2017-ci il tarixində Zaqatala EŞ-dən Şamaxıya təyin olunub, əslən Ucarlıdır və özünü keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumu kimi özünü təqdim edib.

2010-cu ildən Şamaxı EŞ-də nəzarətçi mühəndis vəzifəsində çalışan S.Cavadov Yeni Azərbaycan Partiyasının üzvü və 29 saylı seçki məntəqəsinin sədri olduğunu bildirib.
Bu gün əmək kitabçasını aldığını bildirən şikayətçi “Azərişıq” ASC-nin sədrinə rəsidən şikayət etdiyini və pozulmuş hüququnun bərpa olunması istiqamətində hüquqi mübarizə aparacağını vurğulayıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Bizim Yol”a açıqlamasında bütün iddiaları təkzib edib və bildirib ki, işçilər öz xahişi ilə ərizə yazıb işdən çıxıblar.

İşçilər “Azərişıq”dan qovulduğunu bildirir - VİDEO + FOTOLAR
İşçilər “Azərişıq”dan qovulduğunu bildirir - VİDEO + FOTOLAR
İşçilər “Azərişıq”dan qovulduğunu bildirir - VİDEO + FOTOLAR
İşçilər “Azərişıq”dan qovulduğunu bildirir - VİDEO + FOTOLAR


MƏnbə: bizimyol.infoскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 634 16.06.17 18:57