Azərbaycanda iki dövlət universiteti birləşdirilə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Azərbaycanda iki dövlət universiteti birləşdirilə bilər
İki ali təhsil müəssisəsinin - Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır. O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur. Digər tərəfdən 1990-cı illərdən əvvəl bu universitetlər bir olub. Bəzi məlumatlara görə, belə bir rəsmi qərarın veriləcəyi gözlənilir.

Maraqlıdır, bu universitetlərin birləşməsi hansı meyarlar əsasında gerçək ola bilər?

Median.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov modern.az-a açıqlamasında deyib ki, əslində, adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zəruridir.

"İlk növbədə, qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar bir-birlərini təkrar edir. Onlardan biri də, ADU və BSU arasındadır. Düzdür, biz tarixi və siyasi baxımdan slavyan ölkələri ilə münasibətlərimiz olduğuna görə bu ləğvin həyata keçirilməsi çətin prosesdir, amma nəzərə alsaq ki, slavyan dilləri Azərbaycanda xarici dil statusunu daşıyır və xarici dillərin tədrisi vahid bir təhsil ocağında həyata keçirilməlidir, o zaman bu birləşmə labüddür".

Təhsil ekspertinin sözlərinə görə, əgər universitetlər birləşsə, tədris prosesi BSU-da aparıla bilər.

"Bundan başqa, hər iki universitetin tədris binalarının yaxın olması, rəhbərliyin idarəçilik təcrübəsinin olması bu informasiyanı həmişə aktual edir. Xüsusi ilə qeyd etmək lazımdır ki, son bir il ərzində, Slavyan Universitetində həyata keçirilən yenidənqurulma, bərpa işləri BSU-ya yeni imic, maraq formalaşdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, birləşmə həyata keçirilsə, əsas tədris binası, mərkəzlər indiki BSU-nun inzibati binasında həyata keçirilə bilər. Çünki indi bunun üçün kifayət qədər böyük imkanlar yaradılıb".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 924 16.06.17 17:10