Azərbaycanın məscidsiz kəndində namaza qeyri-adi çağırış - FOTO + VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Azərbaycanın məscidsiz kəndində namaza qeyri-adi çağırış - FOTO + VIDEO
Məscid İslam dünyasının əsas istehkamlarından biridir. Müsəlmanlar onu "Allahın evi" adlandırırlar. Müsəlman ölkələrinin hər birində əzəmətli məscidlər mövcuddur.

Azərbaycanda da kifayət qədər məscid var. Lakin əksər kəndlərdə məscidlərin olmaması yerli dindarları narahat edir. Belə kəndlərdən biri də Xızı rayonunun Baxışlı kəndidir. Kəndin uzun müddətdir məscidsiz qaldığını görən Heybətova Səyyarə Səttar qızı, azanı öz evindən səsləndirmək məcburiyyətində qalıb. O, bu barədə Sputnik Azərbaycan-ın əməkdaşına danışıb.

"Uzun illərdir Bakı şəhərində yaşayıram. Yay aylarında istirahət üçün ata yurduma gəlirəm. Hər dəfə kəndə gələndə, kəndin məscidsiz olduğunu görüb, narahat olurdum" – müsahibimiz deyir.


Onun sözlərinə görə, bu kəndin sakinlərinin əksəriyyəti dinə bağlı insanlardır: "Onlar da digər dindarlar kimi cümə namazını məsciddə qılmaq, kənddə azan eşitmək istəyirlər. Təxminən 15 il bundan əvvəl kəndə növbəti gəlişim Ramazan ayına təsadüf etdi. Həmin vaxt qərara gəldim ki, heç olmasa, Ramazan ayında kənddə azan verilsin".

"Övladlarıma dedim ki, lazımı avadanlıqları alıb evdə quraşdırsınlar, biz də azan vaxtı kənddə azan səsləndirək. O vaxtdan bu günə kimi namaz vaxtları öz evimdən azan səsləndirirəm. Düzdür, bunu yalnız Ramazan ayında edə bilirəm. Çünki qalan vaxt Bakıda yaşayıram" – deyə Səyyarə Heybətova bildirir.

Azərbaycanın məscidsiz kəndində namaza qeyri-adi çağırış - FOTO + VIDEO

Səyyarə Heybətova


Səyyarə nənə özünün və kənd sakinlərinin adından, Sputnik Azərbaycan vasitəsilə, Qafqaz Müsəlmanlar İdarəsindən, kənddə məscidlə bağlı tədbir görülməsini xahiş edir.

Baxışlı kəndinin digər sakini Cavid Şıxəliyev də Sputnik Azərbaycan-a açıqlamasında məscidlə bağlı fikirlərini səsləndirib: "Məscidin olmaması bizi məyus edir. Hamı kimi biz də məsciddə ibadət etmək istəyirik".


O deyir ki, tək bu kənd yox, qonşu kəndlər də məscidsizdir: "Sağ olsun Səyyarə nənə ki, məscid görməsək də, onun sayəsində qulağımız azan eşidir. Allah Səyyarə nənəyə uzun ömür bəxş etsin ki, bu kənd azansız qalmasın".
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 169 16.06.17 15:17