Tələbələr bu borclarını ödədikdən sonra hərbi xidmətə gedə biləcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Tələbələr bu borclarını ödədikdən sonra hərbi xidmətə gedə biləcəklər
Bu imtahan sessiyasından başlayaraq, ali məktəblərdə 1-2 akademik borcu olan oğlan tələbələr bu borclarını ödədikdən sonra hərbi xidmətə gedə biləcəklər.

Trend-in məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında məlumat vetən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib.

Y.Piriyev bildirib ki, əvvəllər oğlan tələbələrin tədris müddətində akademik borcları qalırdısa, onlar artıq 1 il yarım hərbi xidmətə getmək məcburiyyətində qalırdılar: "Lakin artıq oğrlan tələbələr yeni qaydalara əsasən, imtahan sessiyası başa çatandan sonra 1-2 fənn üzrə akademik borcunu ödəyib ləğv edərək əsgərliyə gedə biləcəklər. Ali məktəblərdə iyulun 5-dək sessiyalar davam edir. Həmin tələbələrə imkan yaradılacaq ki, onlar akademik borclarını ləğv etsinlər.

Lakin bu yalnız 1 və ya 2 akademik borcu olanlara aiddir. Bundan sonra tələbələrə imkan yaradılacaq ki, dövlət imtahanı versin, buraxılış işlərini müdafiə etsin, akademik borclarını ləğv edib ordu sıralarına getsinlər”. Nazirlik rəsmisi qeyd edib ki, bu gün nazirlikdə prorektorların iştirakı ilə iclas keçiriləcək və orada bu məsələlərlə bağlı göstəriş veriləcək. Onun sözlərinə görə, bu gün IV kursu bitirən 2000-ə yaxın tələbə var. Aparılan araşdrımalara görə, bu gün ali təhsil müəssisəsini bitirənlərin təxminən 6%-nin 1 və ya 2 akademik borcu var.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 269 16.06.17 14:50