Püskürən vulkanın ətrafındakı evlər siyahıya alınır – RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:03 Təhsil naziri 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəis təyin edib  |     20:52 AVRO-2020: Son qitə çempionları meydan sahiblərini məğlub edə bilmir - YENİLƏNİR  |     20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |    

Püskürən vulkanın ətrafındakı evlər siyahıya alınır – RƏSMİ
“Keyrəki palçıq vulkanı ətrafındakı evlər nəzarətdə saxlanılır”.


Median.Az xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ərazidə yerləşən evlərin siyahıya alınması işləri aparılır.

Məlumatda qeyd edilib ki, Keyrəki vulkanı Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir.

İcra Hakimiyyətindən bildirilib ki, vulkanın təsir dairəsi ərazisində tikilən evlərin böyük əksəriyyəti qaçqın və köçkün ailələrinə məxsusdur.

Nazirlər Kabinetinin 29 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Keyrəki vulkan dağının 31,35 hektar torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Həmin 31,35 ha ərazidə hazırda heç bir yaşayış evi yoxdur.

Qoruğun ətrafında mühafizə zolağı müəyyən edilib. Əraziyə 20-dən artıq xəbərdarlıq lövhələri yapışdırılıb. Yerli sakinlərə üzərində vulkanlarla bağlı məlumatlar olan təqvimlər paylanıb. Maarifləndirmə işləri mütəmadi aparılır. Ərazi aidiyyəti qurumlarla birlikdə nəzarətdə saxlanılır.

Qeyd edilib ki, həmin ərazidə yaşayanların köçürülməsi ilə bağlı İcra Hakimiyyətinə hər hansı bir məlumat daxil olmayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            835 16.06.17 14:47