Bakının elit çimərliklərində qiymətlər - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |     19:24 ABŞ-da ziyafətdə atışma olub, 4 nəfər ölüb, 3-ü yaralanıb  |     19:22 Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir  |    

Bakının elit çimərliklərində qiymətlər - SİYAHI
Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanırlar.

Median.Az Baku.ws-yə istinadən Bakının müxtəlif məkanlarında xidmət göstərən aquaparkların qiymətlərini təqdim edir:

“AF Hotel Aqua Park” - 15 manat

Novxanıda fəaliyyət göstərən “AF Hotel Aqua Park” kompleksində həftəsonu bir nəfər üçün giriş 15 manatdır.

“Bilgəh Aqua Park” - 50 manat

Bilgəh qəsəbəsində fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel”dəki aquaparkda həftəsonu 1 nəfər üçün giriş 50 manatdır. Dənizə giriş isə 30 manatdır. 6 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur.

“Aqua Park Shikov” - iki nəfər üçün 23 manat

Bu istirahət mərkəzinə həftəsonu iki nəfər üçün giriş 23 manatdır. Avtomobil üçün dayanacaq da qiymətə daxildir. 23 manata hovuzdan və çimərlik aksesuarlarından istifadə etmək olar.

“Pullman Aqua Park” - 40 manat

“Pullman Aqua Park”dakı istirahət kompleksində həftəsonu bir nəfər giriş üçün 40 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.

“Dalga Beach Aquapark Resort” - 50 manat

Bu kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Yerli vətəndaşlar üçün isə 50 manatdır. Həftə içi qiymətlər aşağı düşərək yerli vətəndaşlar üçün 35 manat, xarici vətandaşlar üçün 50 manat təşkil edir.

“Sea Breeze Hotel” - 20 manat

“Sea Breeze Hotel” - Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

“Amburan Beach” - 25 manat

Bu kompleksə həftəsonu giriş 25 manat, həftəiçi isə 20 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 812 16.06.17 12:53