Paytaxtin mərkəzindəki bu binalar sakinləri narahat edir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Paytaxtin mərkəzindəki bu binalar sakinləri narahat edir - VİDEO
Paytaxtin Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən yaşayış binasının arxasındakı çuxur tullantı və qrunt suları ilə dolub. Üfunət isə ətrafa yayılıb.

Xezerxeber.az məlumat verir ki, çuxurun yanında hündürmərtəbəli binanın tikintisi də dayanıb.

Sakinlərin sözlərinə görə, binanin tikintisinə azı 6 il əvvəl başlanılsa da, işlər bitmək bilmir. Bu isə yaxınlıqdakı yaşayış binasının sakinlərinə bir sıra çətinliklər yaradır.

Sakinlərin problemi təkcə bununla bitmir. Həmin ərazidə beton zavodu fəaliyyət göstərir ki, bu da sakinləri narahat edir.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün həm tikintisi davam edən binaya, həm də beton zavoduna baş çəkdik, amma sualımıza cavab almaq üçün heç kimi tapa bilmədik.

Əmlak eksperti Şirin Şərifov deyir ki, tikilən hər bir binanın tikintisinin başlama və bitmə vaxtı yerli icra orqanları ilə razılaşdırılır və layihədə konkret olaraq göstərilir. Əgər həmin binanın tikintisi illərlə uzanırsa, sakinlər bununla bağlı icra hakimiyyətinə müraciət edə bilərlər. Məsələ araşdırıldıqdan sonra binanın tikintisinə hüquqi qiymət veriləcək. O ki qaldı insanların sıx yaşadığı yerdə beton zavodunun fəaliyyət göstərməsinə, ekspert bildirdi ki, belə səs küyə səbəb olan müəssisələr ictimai yerlərdə tikilməməlidir. Yəni zavod barəsində də sakinlər müvafiq orqanlara müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 351 16.06.17 12:24