Cocuq Mərcanlıda yaşayan Həziyevlər ailəsi qonşularını gözləyir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Cocuq Mərcanlıda yaşayan Həziyevlər ailəsi qonşularını gözləyir - VİDEO
23 ildir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan və birinci dərəcəli "Əmək" ordeni ilə təltif edilən Oqtay Həziyev. O, sevincini "Xəzər Xəbər”lə bölüşüb.

Xezerxeber.az məlumat verir ki, 1994 -cü ildə ordumuz işgalda olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini azad edib. Bir neçə ay müddətində ermənilərin nəzarətində olan kənd virana qoyulub, xarabalıga çevrilib. Orada yaşayan 280-dən çox ailədən yalnız Oqtay Həziyevin ailəsi bütün bunlara baxmayaraq kəndə qayıdıb.

23 ildir kənddə yaşayan Oqtay Həziyev deyir ki, təhlükəli və çətin olmasına baxmayaraq, o, təsərrüfat işləri ilə məşgul olub, həyatına davam edib. Onun vətəninə və doğuldugu torpagına bağlılığı nümunə oldu. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hislərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə 1-ci dərəcəli ''Əmək'' ordeni ilə təltif edildi.

Aprel döyüşlərindən onra Cocuq Mərcanlı erməni nəzarətindən qurtuldu və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kəndin bərpasına başlanıldı. Bu bərpa işləri ən çox Həziyevlər ailəsini sevindirdı. Çünki 23 ildir yaşadıqları tənhalığa son qoyulacaq, onlar da qohum -əqrabaları ilə birgə yaşayacaqlar.

Kəndin bütün sosial infrastrukturu da hazırdır. Sakinlərin qayıdışından sonra bura artıq daha abad bir kənd olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 248 16.06.17 12:23