“PoçTap” 350 itirilmiş sənəd tapıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

“PoçTap” 350 itirilmiş sənəd tapıb
“Azərpoçt” MMC “PoçTap” xidməti çərçivəsində itirilmiş sənədlərin operativ çatdırılmasını təmin edib.

Oxu.Az-ın məlumatına görə, itirilmiş sənədlərin çatdırılması “Azerexpresspost” ekspress xidməti ilə həyata keçirilir.

Xidmət bütün ölkə, o cümlədən Naxçıvan Muxtar Respublikasına qısa zaman ərzində çatdırılmanı həyata keçirir.

“PoçTap” layihəsi Bakı şəhər Baş Polis İdarəsi, “Bakımetropoliten” QSC, “Təmiz Şəhər” ASC və “BakuBus” MMC ilə birgə həyata keçirilir.

“PoçTap” servisi bu ilin fevralında işə başlayıb və bu günədək sistemdə 350 itirilmiş sənəd qeydə alınıb. Onlardan 92-si sahiblərinə qaytarılıb. İtirilmiş sənədlər arasında böyük əksəriyyəti şəxsiyyət vəsiqələri təşkil edir".

İtirilmiş sənədlər “PoçTap” sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.

Bu günədək 203 sənəd strukturlara təhvil verilib. Hazırda “Azərpoçt”un şöbə və filiallarında 55 itirilmiş sənəd var.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 282 16.06.17 12:06