Başı suya batırmaq orucu pozurmu? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Başı suya batırmaq orucu pozurmu?
Əhli-sünnə məzhəblərinə görə, orucluq zamanı suya baş vurmaq, dənizə dalmaq orucu pozmaz. Amma bu zaman ağızdan və burundan su keçməsi ehtimalı yarandığı üçün, suya baş vuran adam çox diqqətli olmalıdır. Bunun üçün ağzı və burnu qapatmaq və suyun içəri keçməsinə mane olmaq lazımdır. Hətta bəzi alimlər (xüsusilə hənəfi məzhəbində) ağızdan və burundan su keçməsi təhlükəsini nəzərə alaraq, imkan daxilində orucluq zamanı suya baş vurmamağı məsləhət bilirlər.

Median.Az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbli alimlərin əksəriyyətinə görə, ehtiyati-vacibə əsasən, suya baş vurmaqla oruc pozular. Diqqət yetirin ki, burada yalnız başı bütövlükdə suya batırmaq nəzərdə tutulur. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. Bəzi cəfəri müctəhidlər (o cümlədən, Ayətullahül-üzma Sistani) oruc zamanı başı tamamilə suya batırmağın orucu pozmadığına, amma şiddətli məkruh əməl olduğuna fətva vermişlər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 656 15.06.17 18:58