Bu çimərliklər təhlükəlidir – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Bu çimərliklər təhlükəlidir – VİDEO
Median.Az ARB TV-yə istinadən xəbər verir ki, insanların ən çox üz tutduğu Novxanı, Türkan, Bilgəh, Buzovna, Şıx və digər çimərliklərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb. Vəziyyət heç də ürəkaçan deyil. Abşeron yarımadasının sahil boyu əraziləri istirahət üçün yararlı olsa da, antisanitariyanın hökm sürdüyü bölgələr də var.

“Səbayel və Qaradağ rayonları ərazisindəki yerləşən çimərlik, Sahil çimərliyi və Şıxovdakı çimərliklər məqsədəuyğun sayılmır. Digər ərazilərdəki çimərliklərdə isə vətəndaşlarımız səmərəli şəkildə dincələ bilərlər”, - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir .

Səhhətiniz üçün təhlükəli olduğundan oralarda çimmək qadağandır. Mütəxəssislər deyirlər ki, çimmək üçün qadağan edilən ərazilərdə kanalizasiya xətləri olmadığından məişətdə istifadə olunan çirkab sular birbaşa Xəzər dənizinə axıdılır. Orda isə heç bir təmizləmə işləri həyata keçirilmir. Belə antisanitar məkanlarda çimmək isə bir sıra infeksion xəstəliklərə, xüsusilə də mədə bağırsaq və dəri problemlərinə yol açır.

“İnsanlar dənizdə çimərkən müxtəlif infeksiyalara yoluxa bilər. Ən çox dəri və mədə-bağırsaq infeksiyaları ola bilir. Əsas faktor insanın immunitetinin nə qədər inkişaf etməsidir”, - həkim Elfanə Süleymanova bildirib.

Bu cür çimərliklər isə nəinki, sağlamlıq, həmçinin təhlükəsizlik baxımdan da tələblərə cavab vermir. Ona görə də aidiyyəti qurumlar belə ərazilərə getməməyi tövsiyə edir. 100-dən artıq texnika və 400-ə yaxın xilasedicisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd sakinlərin rahatlığını və təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Ölkə prezidentinin çimərliklə bağlı verdiyi sərəncama uyğun olaraq, artıq Azərbaycanda beynəlxalq turizm standartları hazırlanır. Bunun üçün isə Türkiyənin təcrübəsindən istifadə olunacaq. Sahibkarlar qarşısında qoyulan şərtlərdən biri çimərliklərdə xidmət səviyyəsinin standartlara cavab verməsi məsələsi olacaq. Qiymətlərə də xüsusi nəzarət tətbiq ediləcək. Bu zaman sözün əsl mənasında istirahət etmək istəyən vətəndaşlar belə antisanitar vəziyyətlə qarşılaşmayacaqlar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 299 15.06.17 16:12