Zəng səsi güllə səsinə qarışan məktəb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:03 Təhsil naziri 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəis təyin edib  |     20:52 AVRO-2020: Son qitə çempionları meydan sahiblərini məğlub edə bilmir - YENİLƏNİR  |     20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |    

Zəng səsi güllə səsinə qarışan məktəb - FOTO
Tədris ilinin başa çatması ilə əlaqədar Respublikanın bütün bölgələrində olduğu kimi cəbhə xəttinə yaxın yerləşən məktəblərdə də son zəng çalındı. Belə təhsil ocaqlarından biri də Ağdam rayonunun Əhmədağalı kənd orta məktəbidir. Cəbhə xəttində yaşamaq, hər an təhlükə ilə üz-üzə olmaq bu məktəbin məzunlarını yaşıdlarından tez böyüdüb sanki. Onların yaddaşında məktəb həyatı heç də həmişə xoş xatirələrlə qalmır. Oxuduqları məktəbdə zəng səsi ilə bərabər güllə səsi də eşitmək yazılıb bu şagirdlərin taleyinə. Əhmədağalı kənd sakini Hasil Səfərli də 11 il təhsil aldığı doğma məktəbi ilə vidalaşır. Məktəb illərindən yaddaşında qalan xatirələrini Sputnik Azərbaycan-a danışan Hasil deyir ki, onu heç də həmişə səhər məktəbə yola salmaq üçün anası yuxudan oyatmayıb. Bəzən elə olub ki, atəş səslərinə oyanıb.

Zəng səsi güllə səsinə qarışan məktəb - FOTO

Ağdam rayonunun Əhmədağalı kənd orta məktəbi


"Evimiz də cəbhə xəttinə yaxındı. Düzünü desəm artıq öyrənmişəm. Mənə elə də qorxulu gəlmir. Əlbəttə ki, istər istəməz dərslərə təsir edib. Amma çalışmışam dərslərdən geri qalmayım. Fikriləşin də… Bir tərəfdə atışma, ölüm təhlükəsi, bir tərəfdə dərs oxumaq…" – deyə Hasil Səfərli bildirir.

Həmsöhbətimiz də deyir ki, cəbhəyanı kəndlərdə təhsil almaq da, təhsil vermək də digər məktbələrdən fərqlənir. Burada müəllimlərlə münasibətdə də daha çox doğmalıq hiss olunur. Bu bəlkə də hər gün onların birgə yaşadıqları təhlükədən irəli gəlir. Gələcək planlarından danışan Hasil imtahandan istədiyi nəticəni əldə edəcəyi təqdirdə təhsilini Dövlət Neft və Sənaye Universitetində davam etdirmək istəyir.


Zəng səsi güllə səsinə qarışan məktəb - FOTO

Hasil Səfərli


"Birlikdə olduğum sinif yoldaşlarımdan ayrılmaq çox çətindir. Amma bundan sonra yeni həyata qədəm qoyuruq. Ali təhsil alacağam, yeni insanlarla tanış olacağam. Əgər topladığım bal çatsa neft-qaz mühəndisi olmaq istəyirəm. Yəqin ki, universitetə daxil olandan sonra ilk dəfə parta arxasında güllə səsi eşitməyəcəyəm" — deyə Hasil Səfərli bildirir.

11 il müharibə şəraitində təhsil alanlardan biri də cəbhənin 200 metrliyində yerləşən Çırqalı kəndinin sakini Coşqun Məmmədovdur. Hasillə eyni sinifdə oxuyan Coşqun sinif yoldaşlarından fərqli olaraq ölüm qorxusunu birbaşa hiss edib. Məktəb illərindən ən yadda qalan xatirəsi də elə bununla bağlıdır.

Zəng səsi güllə səsinə qarışan məktəb - FOTO

Coşqun Məmmədov


"Məktəbdən evə qayıdandan sonra paltarımı dəyişib sahəyə getdim atama kömək etməyə. Sahəni təmizləyirdik, atışma başladı. Güllələrdən biri qolumdan dəydi, o biri güllə də ayağımdan. Düzü dəyəndə heç bilmədim hardan dəyib. Yaralı vəziyyətdə 10-25 dəqiqə sahədə uzanmış vəziyyətdə qaldım. Atam da yanımda idi. Atışma səngiyəndə atam məni oradan çıxarıb xəstəxanaya apardı" – deyir Coşqun Məmmədov.

Dostundan fərqli olaraq Çoşqun məktəbi bitirəndən sonra hərbi xidmətə yola düşəcək. Özü üçün gələcəkdə də hərbçi peşəsini seçib. "Əsgərliyi bitirəndən sonra orduda qalıb vətənə xidmətimi davam etdirmək istəyirəm. Vətəni qorumaq üçün əlimdən nə gəlirsə edəcəyəm" – deyə Coşqun Məmmədov bildirir. Uşaqlıqdan birlikdə böyüyən dostların seçdikləri peşələrdə yolları ayrılsa da arzuları ortaqdır. Bu gün 11-ciləri yola salmaq üçün son zəngi çalan birincilərin onlar kimi ölüm qorxusu yaşamaması…
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 552 15.06.17 15:52