Azərbaycanlı gənclər gözdən əlillər üçün saat hazırlayıblar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:03 Təhsil naziri 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəis təyin edib  |     20:52 AVRO-2020: Son qitə çempionları meydan sahiblərini məğlub edə bilmir - YENİLƏNİR  |     20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |    

Azərbaycanlı gənclər gözdən əlillər üçün saat hazırlayıblar - VİDEO
Azərbaycanlı gənclər ilk dəfə olaraq gözdən əlillər üçün saat hazırlayıblar.

Xezerxeber.az məlumat verir ki, Azərbaycanda fəaliyyət göstərən bir şirkət tərəfindən görmə məhdudiyyətli şəxslər üçün ''ağıllı" saatın ilkin prototipi hazırlanıb. Layihənin rəhbəri Sayad İbrahimov deyir ki, bu saat gözdən əlillərin bir neçə məsələdə işini rahatlaşdıracaq.

"Ağıllı” saatdan istifadə nəticəsində görmə məhdudiyyətli insanların əsa götürməsinə ehtiyac qalmayacaq. Bununla yanaşı, cihazın digər bir önəmli funksiyası saatdan istifadə edən insana hansısa fövqəladə hadisə ilə qarşılaşdıqda təhlükənin yeri barədə xəbərdarlıq edilməsidir.
Saatın çəkisi 30-35 qram arasında olacaq. Cihaz 48 saata qədər enerji saxlamaq qabiliyyətinə malikdir. Saat həmçinin simsiz enerji ötürülməsi texnologiyası ilə enerji dolduracaq. Qiyməti 250-350 dollar arasında olacaq cihaz artıq test mərhələsindədir və gələn ilin əvvəlinda istehsalı planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 706 15.06.17 12:22