Azərbaycanda üz dəyişdirmək mümkündür? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |     19:24 ABŞ-da ziyafətdə atışma olub, 4 nəfər ölüb, 3-ü yaralanıb  |     19:22 Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir  |     19:00 Azərbaycanda istehlak bazarı cüzi kiçilib  |     18:57 DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır  |     18:55 Vyetnamda 6 nəfər yanğında ölüb  |     18:51 Ekvadorda məhbuslar arasında toqquşmalar olub, ölənlər və xəsarət alanlar var  |     18:44 “Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq  |     18:43 ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var  |     17:44 Azərbaycanda bir gündə koronavirusdan üç nəfər öldü - FOTO  |     17:05 Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir  |    

Azərbaycanda üz dəyişdirmək mümkündür? – VİDEO
Üz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Con Travolta və Nikolas Keycin baş rollarda olduğu “Üzsüz” filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmur, eləcə də üz cərrahi müdaxilədən sonra kinolardakı kimi mükəmməl görünmür.

Median.Az-ın xəbərinə görə, ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

“Üz dəyişdirmək əməliyyatı çox mürəkkəb bir əməliyyatdır və dünyada bir neçə ölkədə, bir neçə xəstəyə aparılır cəmi. Aralarında ölən xəstələr də var. Bu xəstələr ömür boyu dərmandan istifadə edirlər ki, üz qalsın, ayrılmasın”, plastik cərrah Rauf Kərimov deyib.

Əməliyyat zamanı pasiyentə ölmüş adamın üzü köçürülür.

“İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna görə ölkəmizdə meyitdən orqan köçürülməsi mümkün olsa da, təcrübədə bir çox problemə rast gəlinir. Belə əməliyyat hələ ki, baş tutmayıb. Məsələ ilə bağlı dünyada fərqli qaydalar var. Müəyyən ölkələrdə şəxsin dünyasını dəyişmədən öncəki razılığı əsas götürülsə də, bəzilərində vəfat edən insanın qohumlarının icazəsi də şərtdir. Ölkəmizdə isə artıq bir neçə ildir bununla bağlı müzakirələr gedir.

Üzün nəqlinə gəldikdə isə problem təkcə təcrübədə yaşanmır. Ölkə qanunlarında üz köçürülməsinə ümumiyyətlə toxunulmayıb.

“Qanunda elə orqanın transplantasiyasından söhbət gedir ki, o orqan cüt olsun və bundan sonra donora həyatını davam etməsi imkanı yaransın. Üzün transplantasiyası zamanı donor həyatını davam etdirə bilməz”, - hüquqşünas Vüqar Səfərli bildirib.

Dünyada üzün cərrahi müdaxilə ilə müəyyən qədər dəyişdirilməsi hallarına rast gəlinir. Ehtimallara görə, bu kriminal avtoritetlər arasında baş verir. Amma bu əməliyyatlar leqal olmur və gizli aparılır. Üzün dəyişdirilməsinə rəsmi icazə verildiyi hallar da var. Məsələn, bəzi ölkələrdə önəmli məhkəmə proseslərində şahidlik edən şəxslərin qorunması üçün əməliyyata icazə verilir. Bu zaman başqa hüquqi məsələlər də ortaya çıxır.

Plastik cərrah Rauf Kərimov əlavə edib ki, üz dəyişdirilməsi hüquqi prosesdir:

“Bu böyük bir dövlət xəstəxanasından aparılacaq əməliyyatdır. Hər yerdən icazə alınır və təsdiqlənir. Böyük ehtimal onun şəxsiyyət vəsiqəsi də dəyişilir”.

Reallıq odur ki, ölkəmizdə üz transplantasiyası hələ ki mümkün deyil. Üzün dəyişdirilməsinə qədərki proseslər kimi, əməliyyat baş tutduqdan sonra şəxsin həyat və fəaliyyəti qanunla tənzimlənmir. Meyitdən orqanların köçürülməsi məsələsi isə müzakirə olunsa da, reallaşdırmaq çətindir. Üz transplantasiyasının nə zaman mümkün olacağını isə təcrübə göstərəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 348 15.06.17 11:57