Xəstələr artıq onlayn müalicə ala biləcəklər – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:59 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:46 Ramazan ayının 28-ci gününün imsak, iftar və namaz vaxtları  |     21:23 İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var  |     21:17 10 günə 5 kq - Alma pəhrizi  |     21:07 Gürcüstanda Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turnirinin qalibləri mükafatlandırılıb  |     21:04 Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə döndü  |     20:46 Ermənistan parlamenti ikinci dəfə Paşinyanın namizədliyini rədd etdi  |     20:38 Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib - FOTO  |     20:27 Ermənilərin daha bir yalanı ifşa edildi – FOTO  |     20:15 Lavrov Bakıya gəldi  |     20:01 Azərbaycanda #PeyvəndOlundum kampaniyasına başlanılıb  |     19:32 Bakıda külək binanın dam örtüyünü uçurub  |     19:31 Gürcüstan Azərbaycandan min ton aviasiya yanacağı idxal edib  |     18:47 “Space” TV-nin yeni rəhbəri istefa verdi  |     18:30 İsraildə prezident seçkisinin tarixi açıqlanıb  |     17:52 Erməni təxribatı bitmək bilmir: Qar əridikcə ölüm tələləri üzə çıxır - VİDEO  |     17:51 Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər  |     17:22 Paşinyanın kortecində qəza: Yaralılar var - VİDEO  |     17:16 Azərbaycanda son sutka ərzində 18 nəfər koronavirusdan ölüb - FOTO  |     17:01 Üç gündür itkin düşən rusiyalı nazir tapıldı  |    

Xəstələr artıq onlayn müalicə ala biləcəklər – VİDEO
Səhiyyə Nazirliyi yeni telesəhiyyə adlanan xidmətini istifadəyə verib.

Median.Az xezerxeber.az-a istinadla məlumat verir ki, bu xidmət sayəsində xəstələrlə videomüşahidə ilə birbaşa əlaqə yaradılır və xəstəyə məsafədən asılı olmayaraq, onlayn rejimdə yardım göstərilir. Yəni ucqar rayondakı xəstəxanada olan xəstəyə peşəkar mütəxəssislər tərəfindən tibbi yardım göstərilməsi üçün Bakıdan həkim briqadası göndərməyə ehtiyac qalmır.

Hazırda telesəhiyyə xidməti bütün ölkəni əhatə edir. Xidmətin istifadəyə verilməsində əsas məqsəd ölkə üzrə təcili yardıma müraciət edən, lakin bölgələrdə peşəkar həkim yetərsizliyindən yüksək tibbi xidmət ala bilməyən xəstələrə real vaxt rejimində yardım etməkdir. Yeni texnoloji sistem vasitəsilə paytaxtın ixtisaslaşmış tibb mərkəzlərinin mütəxəssisləri bölgələrdəki xəstəxanalarla birbaşa əlaqə imkanına malik olur.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bu ilin fevral ayından fəaliyyət göstərən telesəhiyyə xidməti vasitəsilə 147 pasiyentə məsafədən məsləhətlər verildiyini bildirib. Bu isə konsultativ xidmət göstərilmiş 389 pasiyentin 37 faizini təşkil edir. Baş həkimin sözlərinə görə, yeni xidmətin tətbiqi Bakıya xəstə köçürmələrinin sayında da azalmaya səbəb olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 872 13.06.17 11:57