Poliklinikalar puplik şəxs olur - Pullu xidmət göstərəcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Poliklinikalar puplik şəxs olur - Pullu xidmət göstərəcəklər
Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olacaq.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Publik hüquqi şəxs kimi tibb müəssisələrinin pullu xidmət göstərmək imkanlarının olacağını açıqlayan E.Əzizov hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlərin aparıldığını açıqlayıb: "Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir. Amma bu, ilkin mərhələdir. Yerli poliklinikalar da publik hüquqi şəxs olacaqlar. Bu iş tədricən həyata keçiriləcək”.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir:

"NK "Pullu xidmət növləri”ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyəti yəqin ki, Tarif Şurasına veriləcək. Qiymətlər müəyyənləşdirildikdən sonra müəssisə pullu xidmət göstərə biləcək. Yəqin ki, harada yerləşməsindən asılı olmayaraq, bütün tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək”.

Qeyd edək ki, E.Əzizov daha əvvəl verdiyi açıqlamasında bildirib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: "Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, pul keçiriləndə də artıq bu, rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 079 23.05.17 18:35