Direktorun "velosiped sevgisi"nin cəzasını tələbələr çəkir - FOTOFAKT » Median.Az - Bütün xəbərlər bir ünvanda


Direktorun "velosiped sevgisi"nin cəzasını tələbələr çəkir - FOTOFAKT
Azərbaycan Dövlət Pedaqoji Kollecində yeni tədris gününə tələbələr izahat yazmaqla başlayıblar.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, bu, hər hansı tədris intizamsızlığından irəli gəlmir. Məsələ burasındadır ki, kollec rəhbərliyi tələbələrə mayın 7-də keçirilən “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna tamaşa etməyi tapşırıb. Ancaq rəhbərliyin bu tapşırığı elə tapşırıq olaraq da qalıb. Belə ki, tələbələr bazar günü istirahətindən daha səmərəli istifadə etməyi məqsədəuyğun hesab edib.

Öyrəndiyimizə görə bu gün şöbə müdiri tərəfindən tələbələrə izahat yazdırılıb. Onların tələbə hüququnun pozulmasını nəzərə almayan İradə adlı şöbə müdiri, izahatda yarışa tamaşa etməyə gəlməyənlərə bunun səbəbini yazmağı tapşırıb. Buna görə rəhbərliyin yazılmamış qanunları çərçivəsində cəza tətbiq edəcəyi də istisna deyil.
Məsələ ilə bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasından da açıqlama almağı vacib bildik. Görəsən, federasiyanın rəhbərliyi tələbələrin yarışlara zorla tamaşaçı qismində dəvət olunması üçün ali təhsil ocaqlarına müraciət edibmi? Məsələ ilə bağlı saytımıza açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumatı təkzib edib:

“Xeyr! Biz belə bir istəklə çıxış etməmişik. Hətta federasiyanın vitse-prezidenti Sahib Ələkbərov da bildirir ki, heç kim zorla yollara çıxarılmasın. Yəni birmənalı şəkildə biz tərəfdən heç kimə müraciət olunmayıb”.
Qurum rəsmisinin açıqlamasından sonra belə başa düşülür ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzovun velosiped idmanına xüsusi marağı var. Belə olmasaydı, bazar günü olduğu halda, o, niyə rəhbəri olduğu kollecin tələbələrini zorla yarışı izləməyə dəvət edərdi ki?

Qeyd edək ki, vaxtı ilə sabiq Təhsil naziri Misir Mərdanovun müavini olan Qulu Novruzov barədə dövrü mətbuatda Azərbaycandakı Fətullahçı şəbəkənin üzvlərindən biri olması ilə bağlı xəbərlər yayılıb.

Direktorun "velosiped sevgisi"nin cəzasını tələbələr çəkir - FOTOFAKT
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 675 10.05.17 18:07