Artıq 100 yaşında da uşağınız olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Artıq 100 yaşında da uşağınız olacaq
Alimlər əmindirlər ki, 2050-ci ildə insanların artması üçün cinsi əlaqəyə ehtiyac qalmayacaq. İnsanlar seks olmadan da arta biləcəklər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu mövzuya həsr olunmuş ən son tədqiqatların nəticələrinə görə, yaxın onilliklər ərzində avropalıların cinsi yolla artmaq tələbatları tamamilə aşağı düşəcək. Stenford Universitetinin (ABŞ, Kaliforniya) tədqiqatçısı Karl Cerassi əmindir ki, texnologiyanın yüksək səviyyədə inkişafı insanların yaşlarına baxmayaraq, nə qədər istəsələr uşaq dünyaya gətirməsinə imkan verəcək.

Alimlərin fikrincə, yaxın gələcəkdə qızlar və oğlanlar sterilizasiya prosedurandan keçəndən sonra öz yumurtacıqlarını və spermalarını dondura biləcəklər.

Burada mütəxəssislər bir sıra müsbət tərəf görürlər. Əvvəla ailə planlamasına belə yanaşma nəticəsində insanlar öz bioloji saatları barədə düşünməyə ehtiyac duymayacaqlar. Onlar ürəkləri istəyən yaşda uşaq dünyaya gətirə biləcəklər. İkincisi, bu, planlaşdırılmamış hamiləlik riski olmadan parlaq seksual həyat yaşamağa imkan verəcək. "Biz dünyada çox sayda insan tanıyırıq ki, onlar gənc yaşlarında uşaq dünyaya gətirmək imkanından məhrumdurlar. Yaxud da, çox sayda insan var ki, övladlarını erkən yaşda itirirlər və ömür boyu övladsız qalmanın acısını yaşayırlar. Yumurta hüceyrələrinin və spermanın dondurularaq saxlanılması sayəsində insanlar ən qoca yaşlarında belə övlad dünyaya gətirməyə qadir olacaqlar. Bu, övlad arzulayan bütün insanlara əsl hədiyyə olacaq" – deyə Cerassi bildirib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 855 04.05.17 17:46