ANS-dən sərt cavab: “Kişidir, qoy eləsin” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

ANS-dən sərt cavab: “Kişidir, qoy eləsin”
Xəbər verdiyimiz kimi, Zoologiya İnstitutunun direktoru Elman Yusifov ANS teleşirkətinə əmlakını institutun binasından çıxarması üçün 10 gün vaxt qoyub. Direktor bildirib ki, əks təqdirdə bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapıları açıb əşyaları bayıra atacaq.

Median.Az xəbər verir ki, "qafqazinfo" bununla bağlı ANS şirkətlər Qrupu prezidentinin media müşaviri Mayis Məmmədovla əlaqə saxlayıb. Əmlakın olduğu otaqların prokurorluq tərəfindən bağlandığını deyən müşavir hazırda heç kəsin ora daxil ola bilmədiyini vurğulayıb. Məmmədov qeyd edib ki, institut rəhbərliyi istəsə belə, hazırda əşyaları otaqlardan götürə bilməyəcək:

"Bizim əşyalarımız olan otaqları prokurorluq bağlayıb. Hazırda oraya girməyə heç bizim də ixtiyarımız yoxdur. Hansı əsasla belə bir açıqlama verib başa düşmürük. Necə götürüb atacaq? Kişidir, qoy eləsin, qoy atsın. İndi onunla dava edəsiyik? Biz bağlamamışıq ki, prokrorluq bağlayıb. Orada bizim arxivimiz var. O elə arxivdir ki, heç kimdə yoxdur. Heydər Əliyev, Qarabağla bağlı bütün arxiv oradadır. O vaxt ANS yeganə müstəqil kanal olub. Digər özəl kanallar sonradan açılmağa başladı. Qarşıdan Heydər Əliyevin ad günü gəlir. Mən xahiş etdim ki, arxivdən bəzi şeyləri götürməyə icazə versinlər. Razı olmadılar. İndi inistutun direktoru böyük adamdır, o qapını açdıra bilirsə, açdırsın”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 596 21.04.17 14:40