Azərbaycan səfirliyindən oğurluq halları ilə bağlı Ukrayna güc strukturlarına müraciət » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Azərbaycan səfirliyindən oğurluq halları ilə bağlı Ukrayna güc strukturlarına müraciət
Ukraynanın Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb.

Median.Az-ın xəbərinə görə, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, son vaxtlar içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu yük maşınlarının Ukraynada oğurlanması faktını ciddi nəzarətə götürən Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib

“Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi saxlayan səfir Azər Xudiyev onlara Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Müraciətə ciddi reaksiya verən Ukrayna Milli Polisinin cinayət-axtarış departamentinin rəhbəri, polis polkovnik-leytenantı Roman Kravçenko Azərbaycan səfirliyinə gələrək baş vermiş cinayət hadisəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayevlə müzakirə edib.

Görüş zamanı içərisində Azərbaycanın “Araz Supermarket MMC”, “Azərsun Holdinq”, “Veysəloğlu” və digər şirkətlərinə məxsus yüklərin olduğu yük maşınlarının qeyri-müəyyən istiqamətə gedərək ünvanına çatdırılmaması faktı müzakirə edilərək bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Roman Kravçenko son dövrlər internetdə yüklərin ucuz daşınmasını təklif edən fırıldaqçı qruplar tərəfindən bir neçə belə hadisənin qeydə alındığını nəzərə çatdıraraq bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib. O, tezliklə dələduzların aşkarlanacağını və Azərbaycan şirkətlərinə məxsus yüklərin tapılaraq sahiblərinə qaytarılması üçün ciddi tədbirlərin görüldüyünü bildirib”.

Səfirlik Ukrayna ilə işləyən Azərbaycan şirkətlərinin rəhbərlərini son dövrlər internet üzərindən xaricə daşınan malları ucuz qiymətə təklif edən saxta və fırıldaqçı firmaların şirnikləndirici təkliflərinə uymamağa çağırır və onları ciddi logistika xidməti ilə məşğul olan şirkətlərlə çalışmalarını tövsiyə edir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            863 21.04.17 14:28