4000 köçkün ailəsinə ŞAD XƏBƏR- yeni mənzillərə köçürüləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

4000 köçkün ailəsinə ŞAD XƏBƏR- yeni mənzillərə köçürüləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Median.Az xəbər verir ki, qurumun mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığını diqqətə çatdıraraq 2017-ci ilin Azərbaycan üçün uğurlu il olacağını deyib.

Ə.Həsənov bildirib ki, bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Dövlət Komitəsinin sədri qeyd edib ki, onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir və yaxın aylarda istifadəyə veriləcək: "Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Prezident İlham Əliyevin də vurğuladığı kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək".

Ə.Həsənovin sözlərinə görə, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınan məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli binalar inşa olunur. Eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.

Kollegiya iclasında ümumilikdə götürdükdə cari ilin ötən rübünün ölkə üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, o cümlədən bu dövr ərzində Azərbaycanın ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Prezident İlham Əliyevin yanvarın 24-də imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamını ölkənin həyatında tarixi hadisə kimi dəyərləndirib.

Kollegiya iclasında həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 23-də imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanı və həmin fərmana dəyişikliklər edilməsi barədə dövlət başçısının 2017-ci il fevralın 14-də imzaladığı fərmanında qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara uyğun həyata keçirilən və nəzərdə tutulan tədbirlər və digər məsələlər də müzakirə olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 655 21.04.17 13:51