Biləsuvarda müəmmalı hadisə – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Biləsuvarda müəmmalı hadisə – VİDEO
Median.Az-ın Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, rayonun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır.

Evdə ilk belə hadisə mart ayının 4-də baş verib. Əsasən, günorta saatlarında baş verən yanğın əvvəlcə tüstü ilə müşayiət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır.

Evin zirzəmisində olan elektrik fanarlarının da ayrıcısı qəfildən yanıb. Bunun elektrik naqillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətləri tamamilə dirəklərdən ayırıb.

Mənbəyi hələlik məlum olmayan yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikilidə - hamamda da baş verib.

Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssisləri baxış keçirsələr də, alovun nədən baş verdiyini müəyyənləşdirə bilməyiblər.

Ailə üzvləri kəndin mollasına da müraciət ediblər.

Azyaşlılar da daxil olmaqla 7 nəfərin yaşadığı ailə əşyaların qəfildən alışmasının evdə böyük miqyaslı yanğına səbəb ola biləcəyindən narahatdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 408 21.04.17 13:27