70 yaşında evlənmək olar? – VİDEOSORĞU » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

70 yaşında evlənmək olar? – VİDEOSORĞU
Azərbaycanda 60 yaşdan sonra evlənən insanların sayı açıqlanıb. Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, qadınlarda 21, 70 yaşdan yuxarı kişilərdə 38 nikah, qadınlarda isə 5 nikah qeydə alınıb.

Təəssüf ki, yaşlı insanların evlənməsi bir çox hallarda cəmiyyət tərəfindən birmənalı qarşılanmır. “Bu yaşdan sonra evlənmək olar?!” deyə fikirləşənlər heç də az deyil. Belə düşüncəli insanlara daha çox bölgələrdə rast gəlmək olar. Şəhərdə isə mənzərə bir qədər fərqlidir.

Median.Az xəbər verir ki, AzVision.az bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

“Yaşlı insanların evlənməsinə necə baxırsınız?” sualına respondentlərin cavabı müxtəlif olub: “Sevgi azaddır, sevginin yaşı yoxdur”, “Vallah, ayıbdır, oturub evdə nəvə-nəticələri ilə məşğul olsunlar”.

Maraqlıdır ki, 80 yaşının olduğunu deyən şəhər sakini yarızarafat, yarıciddi bu yaşda evlənmək istədiyini gizlətməyib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 426 21.04.17 13:01