İslamiada: Azərbaycan millisinin heyəti açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

İslamiada: Azərbaycan millisinin heyəti açıqlanıb
Mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Median.Az-ın Apasport.az-a istinadən məlumatına görə, yarışın tarixində ilk dəfə baş tutacaq bu növdə ölkəmiz 10 idmançı ilə təmsil olunacaq.

Belə ki, bu dəfə Oyunlar çərçivəsində gimnastikanın 3 növü - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunacaq. Yığmamızın heyətində Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova (hamısı bədii gimnastika), Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova (hamısı qadın idman gimnastikası), Murad Ağarzayev, Timur Bayramov və Bense Talas (kişi idman gimnastikası) medala iddia edəcəklər.

İslamiadada gimnastika üzrə ümumilikdə 14 ölkə təmsilçisinin çıxış edəcəyi gözlənilir. Mayın 12-də Oyunların açılış mərasimi günü Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışlarına ayın 15-də yekun vurulacaq.

Proqrama əsasən, mayın 12-də və 13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, 14-də ayrı-ayrı alətlər üzrə finallar olacaq.

İdman gimnastikası üzrə təsnifat günləri mayın 13-də və 14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-də baş tutacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            787 21.04.17 12:45