"Pullarımızı sayanlar bilsinlər ki...." - Məleykə Abbaszadə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

"Pullarımızı sayanlar bilsinlər ki...." - Məleykə Abbaszadə
"Azərbaycanda buraxılış imtahanları zamanı yeni növ yazı işlərinin yoxlanması üçün ölkə üzrə hər bir fəndən ən azı 5 min marker lazımdır”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, onların hər biri ilə iş əsasında müqavilə bağlanacaq və əmək haqqı ödənəcək.

Yalnız "Azərbaycan dili” fənni üzrə yazıların yoxlanması üçün markerlərin treninqinə 1717 müəllim dəvət olunub, onlardan 679 nəfər treninqdən uğurla keçib: "Əvvəllər prosesə marker kimi yalnız müəllimlər cəlb edilirdi. Sonradan markerlərə II kurs magistrlər da çağırılıb”.

M. Abbaszadə qeyd edib ki, Rus bölməsi üzrə markerlərin sayı daha azdır. Rus bölməsi üzrə treninqlərdə 98 iştirak edib, onlardan 28-i keçib, hazırda yazı işlərinin yoxlanmasında yalnız 13 marker iştirak edir: "Artıq Bakı Slavyan Universitetinə müraciət etmişəm ki, onlarda təhsil alan magistraturanın II kursunda təhsil alan tələbələr də bu prosesə cəlb edilsin. Ola bilər ki, gələcəkdə bu proses təkmilləşəndən sonra marker müəllimlər yalnız evlərində oturaraq, yazı işlərini yoxlaya biləcəklər. Marker müəllimlər müqavilə əsasında bizimlə çalışacaq və müəyyən vaxtda yazı işlərinə cəlb olunacaqlar. Amma indiki mərhələdə bu, mümkün deyil. Bizdə yazı işlərinin yoxlanması üçün ayrılan cəmi 180 kompüter var. Pullarımızı sayanlar bilsinlər ki, bizə hələ çox pul, kütləvi işləri həyata keçirmək üçün daha çox vəsait lazımdır”.

Direktorlar Şurasının sədri əlavə edib ki, markerlərin hazırlanması üçün pullu akademiya və ya kurslar açılacaq.

///apaскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 104 20.04.17 18:51