Buraxılış imtahanları fənlərinin sayı artırıla bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Buraxılış imtahanları fənlərinin sayı artırıla bilər
Təhsil Nazirliyi tərəfindən 3 ay öncə Dövlət İmtahan Mərkəzinə (DİM) IX sinifdə təhsil alan rus bölməsinin şagirdləri üçün "Azərbaycan dili” fənninin buraxılış imtahanları fənlərinin siyahısına daxil edilməsi barədə təklif daxil olub.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

M.Abbaszadə deyib ki, IX siniflərdə buraxılış imtahanlarında "Xarici dil” fənninin olması hələ 2014-cü ildən müzakirə edilir: "2014-cü ildən Təhsil Nazirliyinin təklifi əsasında Xarici dil fənnini XI siniflər üzrə buraxılış imtahanları fənləri sırasına daxil etdik. O zaman nəticə xoşagələn deyildi. Ona görə də IX siniflərdə bunun tətbiqini nazirliyin təklifi əsasında dayandırmışdıq. Bu il onlar bu təklifi yenidən gündəmə gətirsələr, biz xarici dil fənnini IX siniflər üzrə buraxılış imtahanı fənlərinin sırasına daxil edəcəyik. Bizim 2014-cü ildən ümumi təklifimiz bundan ibarətdir ki, buraxılış imtahanları fənlərinin sayını artıraq. Yəqin ki, bu il və gələn il şagirdlər üçün buraxılış imtahanlarında hər hansı bir dəyişiklik olmayacaq".

M.Abbaszadə deyib ki, builki buraxılış imtahanın keçirilməsi qaydaları artıq məlumdur: "Gələn ilki imtahanlarda da elə bir dəyişiklik olmayacaq. Əsas dəyişikliklər - fənlərin sayı və imtahanların formatı ilə bağlı dəyişikliklər isə yalnız 2 ildən sonra kurikulum əsasında təhsil alan XI sinif şagirdlərinə tətbiq ediləcək".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 773 20.04.17 18:22