Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək
Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyindən azxeber.com-a verilən məlumata görə, iclasda bildirilib ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlili ilə bağlı əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində Nazirlik tərəfindən ciddi addımlar atılıb.

Belə ki, əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə Respublikanın şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb.

İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            925 20.04.17 17:58