Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılır
Azərbaycanda qəbiristanlıqlar, məzar yerlərinin qiymətləri barədə yeni sənəd hazırlanıb.

Median.Az-ın xəbərinə görə, bu barədə Modern.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib ki, yaxın günlərdə nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı ölkə prezidentinin ya sərəncamı olacaq, ya da sənəd qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Bu sənəddə müxtəlif məsələlər nəzərdə tutulub. Sənədə görə, böyük yerlərdə qəbiristanlıqlar dövlətin balansında olacaq. Müəyyən yerlərdə isə, məsələn, kəndlərdə bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Sənəd tam hazırdır, bütün yerlərdən də rəylər alınıb. Yaxın günlərdə ya Milli Məclisdə müzakirəyə çıxarılacaq, ya da cənab prezidentin bununla bağlı sərəncamı olacaq”, - deyə deputat qeyd edib.

Siyavuş Novruzovun sözlərinə görə, sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşıları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır.

“Qiymət də elə yüksək deyil. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayrılıb. Ritualların yerinə yetirilməsi üçün qəbiristanlıqlar təhsilli şəxslərlə təmin olunacaq. Bilirsiniz ki, bu gün qəbiristanlıqlarda mollaların çoxu heç ərəb dilini bilmir”.

Deputat onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            943 20.04.17 17:51