Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə (FOTO)
Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən "Ovçular evi"nin binası sökülür, hazırda ərazidə söküntü işləri davam edir. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb. Xatırladaq ki, həmin xəbərdarlıq löhvəsində daha əvvəl "Müvəqqəti narahatlığa görə üzr istəyirik" qeydi və bina tikintisinə dair fotolar əksini tapırdı.

Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə (FOTO)

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi ərazidə park salınacağını deyir


Söküntü işləri aparılan ərazidə özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxsin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ərazidə bina sakinlərinin rahatlığını təmin etmək üçün park salınacaq — "Mədəniyyət parkı". O, park salma prosesinin bir neçə aya başa çatacağını bildirib.

Xatırladaq ki, bir müddət öncə həmin ərazidə "Ovçular evi"nin sökülməsi, ağacların qırılması və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi xəbəri cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. KİV-də yer alan xəbərlərə görə, Milli Məclis üzvləri yaşayış binası tikiləcəkmiş.

Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə (FOTO)

Hazırda ərazidə söküntü işləri davam edir


Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırıldı. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda "Böyük Plaza" yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq, ərazidə 54 ağacı qanunsuz olaraq ağır texnika ilə məhv edib.

Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə (FOTO)

Parkın bir neçə aya təhvil veriləcəyi deyilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Mətbuat prospekti-29 ünvanında "Ovçular evi" İctimai Birliyinin ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı ETSN-in "qaynar xətti"nə aprel ayının 13-də məlumat daxil olub. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib və müəyyən edilib ki, 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 52 ədəd ağac məhv edilib.

"Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və "A-3 Sənaye Tikinti Korporasiyası" MMC orada tikinti işlərinə başlayıb. Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib" — nazirlik rəsmisi bildirib.


"Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası" MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib" — Mirzəyev əlavə edib.

Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə (FOTO)

Ərazidə 15 aprel 2017-ci il tarixinə olan vəziyyət


Məlum olduğu kimi, yaxın günlərə qədər ərazidə "Ovçular evi" yerləşirdi. Hazırda 30 min üzvü olan cəmiyyətin aqibəti sual altındadır. "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Fizuli Əşrəfovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, " Azərovçu"-ya paytaxtın Xəqani küçəsində yer verilib: "Vəziyyətlə bağlı daha ətraflı yaxın günlərdə məlumat veriləcək".
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 675 20.04.17 16:02