Azərbaycanda qeyri-adi gücə malik uşaq – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Azərbaycanda qeyri-adi gücə malik uşaq – FOTO
Altı yaşlı Fateh Bağırovu Qəbələdə hamı “balaca pəhləvan” adlandırır. O, sınmış şüşələrin üzərində ayaqyalın gəzir, başı ilə şüşələri sındırır, şüşələrin üstünə uzanaraq qarnının üzərinə başqa bir uşağı çıxarır. Üstəlik, onun qarnının üstündə çəkiclə çay daşı sındırırlar.

Azərbaycanda qeyri-adi gücə malik uşaq – FOTO


Median.Az-ın xəbərinə görə, Sputnik Azərbaycan-ın bölgə müxbiri “Qəbələ” İdman Klubunun məşq zalında balaca pəhləvanın göstərdiyi məharəti müşahidə edib.

Məlumdur ki, azyaşlı uşaq üçün bu cür təhlükəli hərəkətləri xəsarətsiz başa vurmaq çox çətindir. Lakin Fatehin qeyri-adi bacarığı həqiqətən valehedicidir.

Bu pəhləvan həm də cüdo ilə məşğul olur. Bu yaxınlarda Gəncədə keçirilən zona yarışında ikinci yeri tutaraq gümüş medal qazanan Fatehin ən böyük arzusu tanınmış pəhləvan və cüdo üzrə məşqçi olmaqdır.

“Qəbələ” İdman Klubunun baş məşqçisi, idman ustası, Fatehin məşqçisi Rail İsmayılov deyir ki, Fatehdə kiçik yaşlarından cüdoya böyük maraq olub: “O, həmyaşıdlarından fərqli olaraq çox cəld və bacarıqlıdır, hər şeyi tez öyrənir. Bu uşağın qorxu bilməməsi həm də onun digər bir istedadını, pəhləvanlıq bacarığını üzə çıxarıb. Deyirlər, ot kökü üstə bitər. Balaca Fatehin atası və əmisi də idmançıdır. Onun pəhləvan kimi yetişməsində isə atasının böyük rolu var. Ümid edirik ki, müntəzəm məşqlər edən Fateh, tezliklə daha böyük məkanlarda pəhləvan kimi öz məharətini göstərə biləcək”.

Azərbaycanda qeyri-adi gücə malik uşaq – FOTO


“Fateh bir ildir ki, cüdo ilə məşğul olmasına baxmayaraq, artıq yarışlarda fərqlənir. O, cüdoya olan həvəsi, həm də fərqli düşüncəsi və ağılı ilə seçilir. Pəhləvanlıq bizim milli idman növümüzdür. Bu yaşda uşağın pəhləvanlıq eləməsi, daş və şüşə ilə bu cür təhlükəli davranması möcüzədir”, - məşqçi bildirir.

Fateh özü isə qeyri-adi bacarığını belə izah edir: “Mən şüşədən, saxsıdan, daşdan qorxmuram. Həm cüdo ilə məşğul oluram, yarışda ikinci yerə çıxmışam, şüşənin üstündə gəzirəm, atam qarnımda daş sındırır, uşaqlar qarnımın üstünə çıxır”.

“Başqa uşaqlar bu hərəkətləri etməyə qorxur, amma mən qorxmuram. Məni rayonda hamı “balaca pəhləvan” kimi tanıyır. Şuşə məni kəsmir. Mən tanınmış cüdoçu olmaq istəyirəm. Çoxlu medallar qazanmaq istəyirəm”, – balaca pəhləvan əlavə edir.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 469 20.04.17 15:29