Azərbaycanda deputatlara qarşı tələblər sərtləşdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Azərbaycanda deputatlara qarşı tələblər sərtləşdirilir
Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 45-ci (Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları) və 46-cı ( Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə təklif olunan yenilikdə göstərilib.

Layihəyə əsasən, Nizamnamənin 45-ci maddəsinə deputatın parlamentdaxili məsuliyyəti ilə bağlı aşağıdakı tələblər əlavə olunur:

- Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

- Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda;

Maddədə hazırda qüvvədə olan tələblər isə bunlardır:

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının normal gedişini və iş qaydasını pozduqda;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda;

- Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə

Deputat parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Təklif olunan tələblərə əsasən isə Milli Məclisin deputatı ilə bağlı aşağıdakı intizam tədbiri də əlavə olunur:

- Deputatın mandatdan məhrum edilməsi;

Maddənin hazırda qüvvədə olan variantında intizam tədbirləri bunlardır:

- xəbərdarlıq;

- söz kəsmə;

- iclas salonundan çıxarma;

- töhmət;

- deputat səlahiyyətlərinin itirilməsi.

Layihə parlamentin birgə komitələrinin bugünkü iclasında müzakirəyə çıxarılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            818 20.04.17 13:29