"Mingəçevirdə ŞOK: Şəhidlər Xiyabanında kafe açdılar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

"Mingəçevirdə ŞOK: Şəhidlər Xiyabanında kafe açdılar - VİDEO
Median.Az xəbər verir ki, bu barədə Mingəçevir şəhər sakinlərinin bakipost.az-a ünvanladığı müraciətdə bildirilir. Əhali şəhərdəki Şəhidlər Xiyabanının yanında kafe-restoran açılmasından narahat olduqlarını dilə gətiriblər. Müraciətdə qeyd olunub ki, bir müddətdir, şəhidlərin dəfn olunduğu yerin bir addımlığında kafe fəaliyyət göstərməyə başlayıb: "Kafeyə gələnlər yeyib-içir, səs-küy salır. Hətta bəzən dəfn zamanı da oradan musiqi və qəhqəhə səsləri də ucalır. Bu isə şəhidlərimizin ruhuna hörmətsizlikdir. İcra hakimiyyəti buna necə göz yumur? Ümumiyyətlə, orada kafe tipli bir iaşə obyektinin açılamasına necə icazə veriblər? Yəqin, onlar öz cibini düşünür, heç kim bu vətən uğrunda canından keçmiş adamların ruhuna hörmət haqqında düşünmür. Biz narazıyıq bundan".

Mingəçevir rayon icra başçısının köməkçisi Kamran Məhərrəmov məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, Şəhidlər Xiyabanın yanında kafe yox, çay evi fəaliyyət göstərir: "Mən də deyilən ərazi tərəfdə qalıram. Orada restoran yoxdur. Şəhidlər Xiyabanının arxasında çayçı var. Orada da şəhidlərin xatirəsinə hər hansı hörmətsizlik yoxdur".

Sakinlərin Şəhidlər Xiyabanından çəkib, redaksiyaya göndəridiyi videonu təqdim edirik:
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 589 20.04.17 13:06