Bu da Azərbaycanda "xoşbəxt olmağın" qiyməti » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Bu da Azərbaycanda "xoşbəxt olmağın" qiyməti
Toy günü xüsusi dəbdəbəli avtomobil kirayələmək dəbə çevrilib. Kimi gəlin maşını üçün qohumuna ağız açır, kimi isə toy avtomobillərinin kirayəsi ilə məşğul olanlara müraciət edir. Çox zaman evlənən cütlüklər toy avtomobilinin lüks və bahalı olmasına çalışır. Sputnik Azərbaycan-ın əməkdaşı "Xalqlar dostluğu" metrostansiyası ətrafında avtomobil kirayə verən şirkətlərin menecerləri ilə söhbət edərək kirayə bazarının son vəziyyəti ilə maraqlanıb.

Toy maşınlarının kirayəsi ilə məşğul olan şirkətin meneceri Elvin Əliyevin sözlərinə görə, qarşıdan may ayı gəlməsinə baxmayaraq, öncədən avtomobil kirayələyənlər də az deyil: "Əvvəl deyirdilər ki, may ayında toy etmək olmaz. Güya, düşər-düşməzi var. Amm indi daha buna fikir verən yoxdur. May ayında da toy edənlər, avtomobil sifariş edənlər olur. Məsələn, indidən may ayının ilk 8 gününə avtomobillər kirayələnib. Müştərilər ən çox bahalı avtomobillərə üstünlük verirlər".

E. Əliyev qeyd edir ki, müxtəlif markalarda avtomobillər kirayə verirlər. Ən ucuz avtomobil 80 manat, ən bahalısı isə 1000 manatdır: "1000 manatlıq avtomobil "Rols Roys"dur. Bir gün üçün icarə haqqı 1000 manatdır. O avtomobili burada saxlamırıq ki, çızıq düşər. Hər halda, yarım milyonluq avtomobildir. İstəmərik ki, bir zədəsi olsun".


Avtomobillər xüsusi müqavilə ilə verilir, yoxlanıldıqdan sonra saz vəziyyətdə müştəriyə təqdim edilir və eləcə də yoxlanıldıqdan sonra geri götürülür. Əgər avtomobilə hər hansı ziyan dəyibsə, onun haqqını müştəri ödəyir: "Avtomobili götürən şəxsin mütləq sürücülük vəsiqəsi olmalıdır. Avtomobillər sürücülük vəsiqəsi olan 24 yaşdan yuxarı hər kəsə kirayə verilə bilər. Müştəri istədiyi avtomobili seçdikdən sonra avtomobili qeyd olunan vaxt üçün hazırlayırıq. Bəzən olur ki, müştəri özü seçdiyi dekorasiyanın şəklini bizə göndərir, biz də avtomobili o şəkildə bəzəyirik. Avtomobillər sürücü ilə veriləndə bir qədər baha başa gəlir".

Digər şirkətin meneceri Vahid Quliyevin sözlərinə görə, əhali daha çox bahalı avtomobillərə üstünlük verir. Günü 80-100 manat olan avtomobillər çox az halda götürülür: "Daha çox "Galenvagen"ə, "Range Rover"ə və "Mercedes"in bahalı modellərinə üstünlük verilir. Müştərilər toy günlərində fərqli görünmək, bu günü əbədiləşdirmək üçün çalışırlar. Qara rəngli avtomobil çox az halda tələb edilir. Buna görə də, biz hər markadan cəmi bir qara avtomobil saxlayırıq. Müştərilər daha çox ağ rəngli avtomobillərə üstünlük verir".

"Bizim bir kəcavə (fayton) avtomobilimiz də var. Onu ustalarımız burada kəcavə formasında yığıblar. Bu avtomobilə kifayət qədər böyük tələbat var. Gəlinlərimiz çox zaman ona üstünlük verirlər. O avtomobil klassik üslübda bəzədilib. Bəylər isə daha çox Avropa üslübuna önəm verirlər" – həmsöhbətimiz bildirir.


V. Quliyev qeyd edir ki, toy avtomobillərinin qiyməti 80-900 manat arasında dəyişir. Ən ucuz icarəyə verilən avtomobillər köhnə "dördgöz" deyilən "Mercedes"lərdir: "Avtomobillər 5 saatdan 3 günə kimi icarəyə verilir. Saatla götürəndə toy sahibinə daha ucuz başa gəlir. Məsələn, günü 500 manat olan avtomobili 5 saat üçün 200 manat verməklə götürmək mümkündür".

Quliyev bildirir ki, avtomobil kirayəsi ilə məşğul olan şirtkərlərdə çox zaman avtomobillər eyni qiymətə olur: "Biri avtomobili bir qədər ucuz kirayə verirsə, bazarda normal qarşılanmır. Hamı eyni qiymət deməlidir. Müştərinin kimdən götürməsi öz işidir. Onu da deyim ki, bu avtomobillər müxtəlif insanlara aiddir. Əvvəlcə alıb bir müddət sürürlər, sonra buraxırlar kirayəyə. Bahalı avtomobil hər ay çoxlu gəlir deməkdir". Qeyd edək ki, avtomobil kirayəsi ilə məşğul olan şirkətlər avtomobillərin bəzədilməsi ilə də məşğul olur. Bu da müştərilərin zövqünə görə dəyişir. Avtomobillərin bəzədilməsi 70-500 manat aralığındadır: "Avtomobillər müştərilərin zövqünə uyğun olaraq rəngli qızılgüllər, şarlar və yaxud xüsusi aksesuarlarla bəzədilə bilər. Yəni, müştərinin istəyi qanundur!" Şirkətlərin menecerləri bildirirlər ki, müştərilər daha çox avtomobili bir günlüyə deyil, bir neçə saatlığa icarəyə götürməyə üstünlük verirlər. Bu, müştəri üçün maddi baxımdan daha sərfəlidir. Amma avtomobili 3 günlüyə götürənlər də az deyil.


Mənbə: sputnik.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 972 19.04.17 18:45