"Anti-reklam adı altında siqareti reklam edirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

"Anti-reklam adı altında siqareti reklam edirlər
zərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin 12-ci maddəsində deyilir. Həmin maddədə bildirilir ki, bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat 08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilir.

Qeyd olunur ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsirləri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər. 12-ci maddə kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği adlanır. Sözügedən yeniliyi Sputnik Azərbaycan-a şərh edən tanınmış media eksperti, professor Qulu Məhərrəmli, qadağaları müsbət qarşılamaqla yanaşı, bəzi məqamlara diqqət çəkir: "Televiziyalara, mediaya gəldikdə, bu iş davamlı müzakirə olunmalıdır. Bunun ən yaxşı yollarından biri ictimai müzakirələr, həkim məsləhətləri, sosial çarxların hazırlanıb davamlı yayılmasıdır".

Q. Məhərrəmlinin sözlərinə görə, bundan əvvəl də dəfələrlə tütün əleyhinə verilişlər olub: "Amma hiss olunurdu ki, kimlərsə belə verilişlərin qarşısını alır. Televiziyalar tütünə qarşı kampaniyanı fəal aparmalıdır. Tütünün zərəri davamlı olaraq əhaliyə izah edilməlidir. Yəni, siqaret təkcə zərərli sosial vərdiş deyil, həm də sağlamlıq baxımından insanlara zərər vurur. Bütün dünyada tütün əleyhinə verilişlərin müəyyən bir təcrübəsi var. Bizim televiziyalar da məharətlə bundan istifadə edə bilərlər".


Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev isə Sputnik Azərbaycan-a məsələni belə dəyərləndirib: "Yaponiyada olanda Tokionun mərkəzində tütün reklamlarını gördüm. Onlardan soruşdum ki, bütün dünyada tütün yığışdırılır, burada niyə tütün reklamları göstərilir? Cavab verdilər ki, "onsuz da yapon xalqı siqaret çəkir, biz tərkibində ən az nikotini olan tütünü, siqareti göstəririk ki, əhali bunu bilib, keyfiyyətli siqaret çəksin, keyfiyyətsiz tütün qəbul etməsinlər".

Eyni zamanda o, qanunla qadağan edildiyi təqdirdə tütün reklamının verilməsinin mümkün olmadığını bildirib: "Məsələn, antireklam adı ilə televiziyada reklam verirlər ki, guya siqaret çəkmək olmaz. Amma bu özü bir reklamdır. Yəni, gizli reklamdır. Ona görə də, hətta antireklam da göstərilməməli, tütün insanların yadına salınmamalıdır".

"Ancaq o zaman tam əminliklə demək olar ki, siqaret reklam olunmur. Gizli reklam televiziyada, radioda, qəzetdə verilə bilər. Yəni, mətbuatın hər bir sahəsində gizli reklam verilə bilər. Gizli reklamdan qaçmaq lazımdır. Televiziyada, radioda gizli reklamdan qaçmaq lazımdır. Gizli reklam özü də bir reklamdır" – H. Atakişiyev bildirib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 309 19.04.17 18:43