Bakının marşrut xətləri yenidən qurulacaq - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Bakının marşrut xətləri yenidən qurulacaq - RƏSMİ
"Biz Bakı şəhərində marşrut xətlərini sıfırdan quracağıq". Bunu "APA-Economics"ə müsahibəsində Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.

"Təsəvvür edin ki, heç bir marşrut xətti yoxdur. BNA tərəfindən Lökbatandan "28 May"a gəlmək istəyənlərin sərnişin axınını, dayanacaqlar arasındakı məsafə, intervallar, yol şəraiti hesablanır. Biz, məsələn, Dərnəgül, Lökbatandan hərəkət edən avtobusları nömrədən əlavə xüsusi hərflərlə də nişanlayacağıq. Məsələn, "L21". Vətəndaş da biləcək ki, bu "L" hərfi ilə nişanlanmış avtobus Lökbatana gedəcək. Başqa bir misal gətirim. Tutalım, üzərində "M15" nişanı olan avtobus mərkəzə, yəni "28 May" istiqamətində hərəkət edəcək. Bunun hesabına biz də biləcəyik ki, "28 May"dan Lökbatan istiqamətinə, məsələn, 100 min sərnişin gedir və bu sayda insanın daşınması üçün filan qədər avtobus, filan qədər dayanacaq lazımdır. Bunları müəyyən edəndən sonra daşıyıcıların kombinasiyasını düşünəcəyik. Bu günlərdə biz 18 və 7 nömrəli xətləri ləğv etdik. İkisi də eyni marşrut üzrə hərəkət edirdi və ikisində də eyni səviyyəli avtobuslar var idi. Biz bu addımı atdıqdan sonra Lökbatandan "28 May"a hərəkət edən 125 saylı xətti açdıq. İndi bu istiqamətdə yenə işlərimiz davam edir. Bu, bir qədər ağrılı prosesdir, çünki hər daşıyıcı xətdən çıxmaq istəmir. Sahibkar vaxtilə bu xətləri alıb, lakin sənədləşdirmə problemləri var: xətt sahibi ya müvafiq sənədi tapa bilmir, ya da bu sənədlərin hüquqi qüvvəsi yoxdur. Ana arteriya sayılan xətlər sıfırdan qurulacaq. Ümumilikdə, dünya praktikasında sərnişindaşımanın təşkilində ana xətlər və bu ana xətlərə köməkçi olan kiçik xətlər mövcuddur", - deyə o bildirib.

Qurum rəhbəri bildirib ki, marşrut xətlərinin tam olaraq sahibkarların nəzarətinə verilməsi yanlış addımdır: "Bu gün Bakıda 2049 avtobus var ki, bunlardan 300-ü "BakuBus" MMC-yə, qalanları isə sahibkarlara məxsusdur. Mən ümumiyyətlə düşünürəm ki, xətt sahibkara məxsus olmalı deyil. Bu xətlərin əksəriyyəti dövlətə məxsus olmalıdır. Niyə? Çünki söhbət ictimai-sosial sahədən gedir. Bizdən öncə bu xətlər sahibkarlara verilib, amma bu, düzgün addım deyildi. Bu cür məsələlərin həlli üçün BNA yaradılıb. Dünya təcrübəsinə nəzər salaq. Tutaq ki, 125 saylı xətt üzrə 20 marşrut lazımdır və bunun 15-ini dövlət verir, 5-ini isə müvafiq tenderdə qalib gələn sahibkarlar. Dünya praktikası göstərir ki, bir marşrut xəttinin tam olaraq sahibkardan asılı olması böyük riskdir. Biz dəfələrlə görmüşük ki, qarlı havalarda sahibkarlara məxsus olan xətlərdə avtobuslar işləmir. Paradoks ondadır ki, onu nə cərimə edə, nə də xətdən kənarlaşdıra bilirsən. Təsəvvür edin ki, biz məcbur olaraq "BakuBus" MMC-nin avtobuslarından taksi kimi istifadə edirdik ki, heç olmasa sərnişinləri yaxın metro stansiyasına çatdıraq. Niyə? Çünki sahibkar avtobusunun şinlərini dəyişməkdə, sahibkar sürücüsünə təlim keçməkdə, sahibkar maaş sisteminə keçiddə maraqlı deyil. Utilizasiya proqramı başa çatdıqdan sonra ictimai nəqliyyat sistemi dövlətin nəzarətində olacaq və bu proses dünya praktikasına əsaslanıb. Düzdür, sahibkarlar tərəfindən müəyyən investisiyalar qoyula bilər, amma sahibkarların tam nəzarətindən söhbət belə gedə bilməz".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            766 19.04.17 13:50