Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi?
Azərbaycanda 1998-ci ildə ləğv edilən ölüm cəzasının Konstitusiyadan çıxarılmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və buna aydın izah axtarılıb.

Median.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, belə ki, Azərbaycan Konstitusiyasının insanın yaşamaq hüququnu müəyyən edən 27-ci maddəsində ölüm cəzasının tətbiqi mümkün hesab edilir.

Maddənin 2-ci bəndində “...məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır”, deyə qeyd olunub. Burada məhkəmənin hökmü ilə verilən ölüm cəzası insanın yaşamaq hüququnu pozmadığı bildirilir. Həmin maddənin 3-cü bəndi isə “Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər”, məzmununda müəyyən olunub.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev açıqlamasında bu iki bəndi hüquqi şərh edib.

Ə.Nuriyev bildirib ki, 3-cü maddənin mənası o deməkdir ki, ölüm cəzası yenidən qanunla müəyyənləşdirilə bilər: “Azərbaycanda ölüm cəzası Cinayət Məcəlləsindən çıxarılıb. Nə qədər ki, qanunda ölüm cəzası nəzərdə tutulmayıb, bu, tətbiq edilə bilməz. Konstitusiyanın bu maddəsi gələcəkdə qanuna dəyişiklik edilərək ölüm cəzasının tətbiqini mümkün edir. Nəzəri baxımdan gələcəkdə Azərbaycanda ölüm cəzasının tətbiqi mümkündür. Bunun üçün isə qanuna dəyişiklik edilməlidir. Bu da Cinayət Məcəlləsinə edilən dəyişikliklər təklifinin parlament tərəfindən təsdiqlənməsi yolu ilə olmalıdır”.

Ə.Nuriyev 3-cü bənddə göstərilən “tam ləğv edilənədək” ifadəsinin izahını da verib: “Bunun 1998-ci ildəki qərara aidiyyəti yoxdur. Bu ifadə ölüm cəzasının Konstitusiyadan da çıxarılmasını nəzərdə tutur. Bunun üçün isə referendum keçirilməlidir. Referendumun nəticəsində ölüm cəzasının tətbiqinin mümkünlüyü Konstitusiyadan çıxarılsa, o zaman tam ləğv edilmiş sayılacaq”.

Ə.Nuriyev qeyd edib ki, bu gün Azərbaycanda ölüm cəzasının tətbiqi mümkün deyil: “Biz Avropa Şurasının üzvüyük, ölüm cəzasının ləğvi bizim öhdəliyimizdir. Mən inanmıram ki, Azərbaycan bu məsələyə yenidən qayıtsın. 27-ci bənd sadəcə bu imkanı özündə saxlayır. O zaman ölkəmizin müharibə şəraitində olması nəzərə alınaraq bu maddə saxlanılmışdı. Azərbaycanda Konstitusiya üstün hüquqa malikdir, amma insan hüquq və azadlıqları Konstitusiyadan da üstündür. Azərbaycan məhkəmələri Konstitusiyanın 27-ci maddəsinə istinad edə bilməz”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 988 19.04.17 13:28