ATV-yə Mustafa Çelikin gətirilməsi təsdiqləndi – RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

ATV-yə Mustafa Çelikin gətirilməsi təsdiqləndi – RƏSMİ
“Azad Azərbaycan” telekanalında kütləvi ixtisarların başlanması və telekanal prezidenti Vüqar Qaradağlının Türkiyədən cəlb olunmuş Mustafa Çelik adlı şəxslə əvəzlənməsi haqda xəbər yayılıb.

Median.Az İstiPress-ə istinadla xəbər verir ki, rəhbərliyin dəyişilməsinə hazırlıq getməsi ilə yanaşı, işçilər də əmək haqlarını ala bilmir. Eyni zamanda vergilərlə kanalın başının dərddə olması bildirilir.

ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov Mustafa Çelik adlı şəxsin ATV-də işə başlamasını təsdiq edib:

“Mustafa Çelik adlı şəxs ATV-də texniki məsələlər üzrə məsləhətçi qismində əməkdaşlığa cəlb olunub. ATV-nin bir neçə beynəlxalq layihəsi var idi. O da həmin layihələr çərçivəsində Türkiyədən gələn peşəkarlardan biri idi. Bilirsiniz ki, Azərbaycanda televiziya sahəsində ciddi kadr çatışmazlığı var. Şöhbət müasir kadrlardan gedir. Bu səbəbdən Mustafa Çelik Türkiyədən dəvət olunmuş bir mütəxəssisdir. Onun kanalın idarəçiliyinə aidiyyəti yoxdur. Kanalın rəhbəri Vüqar Qaradağlı ATV-nin prezidentidir. Mustafa Çelik də birbaşa Vüqar Qaradağlının iradəsi və razılığı ilə telekanalda texniki məsələlərə uyğunlaşma və nəzarət işlərinə baxır”.

Departament rəhbəri, eyni zamanda kanalda heç bir kütləvi ixtisarların olmadığını da əlavə etdi:

“ATV yeganə kanaldır ki, maliyyə baxımından vəziyyəti çox yaxşıdır. Bu da heç kəsə sirr deyil. Əmək haqları da ödənilir. Heç vergilərlə də problemimiz yoxdur. İxtisarlara gəlincə isə iqtisadi məsələlər gündəmə gəlir. ATV-də isə heç vaxt kütləvi ixtisarlar olmayıb.

Eyni zamanda ATV HD yayımın həyata keçməsi ilə də məşğuldur. Bunun üçün xaricdən çoxsaylı avadanlıqlar gətirilib. Bu avadanlıqların işlədilməsi üçün peşəkarlar cəlb edilir. Onlara nəzarət də birbaşa Vüqar Qaradağlı həyata keçirir. Cəlb olunmuş işçinin hər hansı işçini işdən çıxartması isə absurd fikirdir. ATV-dən yalnız işinin öhdəsindən gəlməyənlər gedir. Bu da normaldır”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            816 19.04.17 13:27